Məmmədova Venera Cavad qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 25.08.1972
Təhsili: Məmmədova Venera Cavad qızı 1991-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunu, 1996-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirmişdir.
Pedaqoji fəaliyyəti: V.C.Məmmədova 1996-1998 –ci illərdə Ş.Qurbanov adına Musiqili Komediya teatrında konsertmeyster kimi əmək fəaliyyətinə başlamışdır.
1998-2002-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma” və “Xor dirijorluğu” kafedrasında konsertmeyster, 2002-ci ildən “Konsertmeyster ustalığı” kafedrasında müəllim, 2009-cu ildən baş müəllim, 2015-ci ildən isə dosent vəzifəsində çalışır.2017-ci il iyulun 14-ü Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı təsdiqlənib.
Elmi fəaliyyəti: 2013-cü ildə Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor G.A.Abdullazadənin rəhbərliyi ilə “Azərbaycan fortepiano sənətinin inkişafında Simuzər Quliyevanın rolu” mövzusunda dissertasiya müdafiə etmişdir.2014-cü il martın 3-ü Ali Attestasiya Komissiyası tərəfindən sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi təsdiqlənib. 10-dan artıq elmi məqalənin 1 dərs və 2 metodik vəsaitin müəllifidir.
2009-cu il dekabrın 21-i Doktorantların və gənc tədqiqatçıların XIV Respublika Elmi Konfransında fəal iştirakına görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən sertifikatla təltif olunmuşdur.
2013-cü il iyunun 12-də Avrasiya Tədqiqatçılar İnstitutunun Azərbaycan Respublikasındakı filialı tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.