• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Qarayeva Afaq İlyas qızı

    Baş müəllim


    Doğum yeri:   1985-ci ildə Bakı şəhərində anadan olub.

    Təhsil:   Şəhriyar adına orta ixtisas musiqi məktəbi;

    2003 –2007 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinə daxil olub;

    2007-2009 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin magistr pilləsi;

    Əmək fəaliyyəti:

    2007-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Nəfəs və zərb alətləri” və “Xor dirijorluğu” kafedralarında konsertmeyster;

    2009-cu ildə “Ümumi fortepiano” kafedrasında müəllim

    2012-ci ildən bu günə qədər “Konsertmeyster ustalığı” kafedrasında müəllim, 2015-ci ildən baş müəllimdir.