Abdullayeva Xəyalə Fəxrəddin qızı
Müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 1982.
Təhsili: 2000-ci ildə skripka ixtisası üzrə Bakı Musiqi Akademiyasının İfaçılıq fakultəsinə daxil olub. Zəhra Qarayevanın sinfində təhsil alıb. 2004-cü ildə BMA-nı bakalavr dərəcəsi üzrə, 2006-cı ildə isə magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.
Pedaqoji fəaliyyəti: 2004-cü ildən BMA-da Kamera ansamblı kafedrasında konsertmeyster vəzifəsində çalışmağa başlayıb. 2013-cü ildən Kamera ansamblı kafedrasında müəllim vəzifəsində çalışır.
İfaçılıq fəaliyyəti: İtaliya, Fransa, Almaniya, Belçika və Yunanıstanda qastrol səfərlərində konsert proqramları ilə çıxış edib. 2016-cı ilin oktyabr ayında "Neue Philharmonie München" simfonik orkestri ilə Almaniyanın Münxen şəhərində keçirilən konsertdə iştirak etmişdir.