Babayeva Töhfə Ağəli qızı
Professor, Əməkdar artist
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 15.11.1965.
Təhsili: 1973-1984-cü illər ərzində Bülbül adına xüsusi musiqi məktəbində professor T.İ. Atakişiyevin sinfində oxumuşdur.
Daha sonra 1984-1989-cu illərdə təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor T.İ. Atakişiyevin sinfində) davam etdirmişdir. 1991-1993-cü illər ərzində ADK-nın Aspiranturasında təhsil alaraq musiqiçi “Kamera ansamblı” sahəsində professorlar V.T. Anşeleviç və A.Q.Rzayevdən dərs almışdır.
Pedaqoji fəaliyyəti: 1989-cu ildən BMA-da konsertmeyster, 1993-cü ildən müəllim, 2012-ci ildən dosent və hal-hazırda professor vəzifəsində çalışır.
İfaçılıq fəaliyyəti: Fəal konsert fəaliyyətilə məşğul olan T.Babayeva konsert proqramlarıyla bir çox şəhər və ölkələrdə, o cümlədən Şuşada, Ağdamda, Bakıda, S-Peterburqda, Minskdə, Novosibirskdə, Mayntsda (Almaniya), İstanbulda (Türkiyə) çıxış etmişdir.
Babayeva T.A. bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı və redaktorudur. Töhfə xanımın ifasında bir çox dəyərli əsərlər, o cümlədən Mosartın, Ravelin, Q.Qarayevin, A.Məlikovun sonataları, T.Bakıxanovun 6 saylı konserti fondda qorunub saxlanılır. Azərbaycan Dövlət triosunun bədii rəhbəri və solist edir. Azərbaycan Respublikasının Əməkdar artistidir. Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. S.Ələsgərov adına mükafatın laureatıdır.