• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Hacıyev Vaqif Telman oğlu

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 14.03.1961.

    Təhsili: 1978-ci ildə 1№-li orta ümumitəhsil məktəbini bitirmişdir. 2 №-li musiqi məktəbində beş il fortepiano sinifində təhsil almışdır və sonra 13№-li musiqi məktəbini fleyta sinifi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

    1983-ci ildə Ü.Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Fleyta ixtisası üzrə bitirmişdir və ona orkestr solisti və müəllim ixtisası verilmişdir.

    Elmi fəaliyyəti: Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dissertant olmuşdur və 1989-cü ildə namizədlik dissertasiyanın mövzusu «Искусство как фактор патриотического и интернационального воспитания» olmuş və bu işi o, Bakı Dövlət Universitetində müdafiə etmişdir.