Əliyeva Talehə Əli Ağa qızı
Baş müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 12.03.1958.
Təhsili: İbtidai musiqi təhsilini Bülbül adına xüsusi musiqi məktəbində almışdır.
1977-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına respublikanın xalq artisti prof. Azad Əliyevin sinfinə daxil olmuşdur və 1981-ci ildə bitirmişdir.
Pedaqoji fəaliyyəti: 1984-cü ildən BMA-nın kamera ansamblı kaferdrasında çalışmağa başlayıb. Hal-hazırda Baş Müəllim vəzifəsində işləyir.
İfaçılıq fəaliyyəti: 1990-cı ildə T. Əliyeva Moskva şəhərində Ümumittifaq kamera ansamblı sənəti ustad kurslarını keçmiş və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Azərbaycan Dövlət Konservatoriyasını təmsil edərək yekun konsertdə müvəffəqiyyətlə çıxış etmişdir.
Kamera ansamblı kafedrasının müəllimi vəzifəsində çalışaraq T.Əliyeva eyni zamanda mütəmadi olaraq konsert fəaliyyəti ilə məşğuldur. Onun respublikanın bütün musiqi salonlarında tamaşaçıların zövqünə oxşayan və aparıcı mütəxəssislər tərəfindən peşəkarlığı yüksək qiymətləndirilən saysız hesabda çıxış və solo konsertləri olmuşdur. O cümlədən bir neçə qastrol səfərlərində uğurla çıxış edib.