Əhmədova Xavər Surxay qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsili: Bülbül adına orta ixtisas musiqi məktəbi, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası.
Elmlər Akademiyası – Fəlsəfə və hüquq institutunun estetika üzrə dissertantıdır.
Pedaqoji fəaliyyəti: 1983-cu ildən Azərbaycan Dövlət Konservatoriyasında Xor dirijorluq kafedrasında çalışmağa başlayıb, İncəsənətin nəzəriyyəsi və tarixi kafedrasında müəllim, dosent kimi fəaliyyət göstərib, hal-hazırda Kamera ansamblı kafedrasının dosentidir.