• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Muxtarova Lalə Nazim qızı

    Baş müəllim

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 11.08.1975.

    Təhsili: 1993-cü ildə Bülbül adına orta musiqi məktəbini bitirdikdən sonra Ü.Hacıbəyli adına BMA-na İfaçılıq fakultəsinin  skripka ixtisası üzrə daxil olmuşdur.

    1997-ci ildə magistraturaya qəbul olunmuş, 2002-ci ildə assistent stajçı kimi təhsilini davam etdirmişdir.

    Pedaqoji fəaliyyəti: 1995-ci ildən BMA-nın kamera-ansamblı kafedrasında işləyir (konsertmeyster kimi başlayıb, hal-hazırda baş müəllim kimi fəaliyyət göstərir.)

    İfaçılıq fəaliyyəti: Respulika və beynəlxalq müsabiqələr laureatıdır. Azərbaycan Radio və Televiziyasının Simfonik orkestrinin solistidir.