Erişen Kübra Ramiz qızı
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 07.01.1972.
Təhsili: Orta təhsilini 1979-1990-cı illər ərzində Bülbül adına Orta ixtisas Musiqi Məktəbində almışdır. 1990-1995-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını, 1995-97-ci illər ərzində Akademiyanın aspirant stajorluğunda təhsil almışdır.
Pedaqoji fəaliyyəti: 1993-ci ildə Bülbül adına Orta Ixtisas Musiqi Məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1995-ci ildə fəaliyyətini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsertmeyster, 1997-ci ildən müəllim kimi davam etdirmişdir. Daha sonra 2006-cı ildən bu günə qədər baş müəllim vəzifəsində çalışır.
Elmi işi: 2016-cı il 25 mayda çap olunmuş “Violino üçün seçilmiş əsərlərin təhlili” adlı metodik vəsaitin müəllifidir.
Azərbaycan Dövlət Simfonik Orkestrinin solistidir.