Əlizadə Arzuxanım Yaqub qızı
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 1950.
Təhsili: 1976-cı ildə Üz.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir və ona Dövlət imtahan komissiyasının 26 may 1976-cı il tarixli qərarı ilə “Orkestrin solisti, müəllim və kamera ansamblının solisti” ixtisası verilmişdir.
İfaçılıq fəaliyyəti: 1975-1980-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrində konsertmeyster köməkçisi vəzifəsində çalışıb. 1998-2001-ci illərdə Azərbaycan Dövlət Tele-radio Verilişləri Şirkətinin Niyazi adına orkestrinin konsertmeysteri vəzifəsində çalışmışdır.
Pedaqoji fəaliyyəti: 1976-cı ildən başlayaraq BMA-nın “Kamera ansamblı” kafedrasında konsertmeyster, 1990-cı ildən – müəllim, 1995-ci ildən - baş müəllim kimi çalışıb, 2008-ci ildən isə bu günə kimi dosent vəzifəsində işləyir.
Kafedrada müəllim kimi çalışdığı illərdə A.Y.Əlizadə 100-ə yaxın tələbə hazırlamışdır ki, onların əksəriyyəti müvəffəqiyyətlə respublikanın və xarici ölkələrin müxtəlif musiqi, mədəniyyət və təhsil müəssisələrində fəaliyyət göstərirlər.
Pedaqoji və ifaçılıq fəaliyyəti ilə yanaşı Əlizadə Arzuxanım Yaqub qızı elmi-tədqiqat işi ilə də məşqul olmuşdur. Kamera ansamblı fənni üzrə bir neçə proqlamın, elmi tövsiyələrin, müxtəlif alətlər üçün (violin, viola) işləmələrin müəllifidir.