Əhmədbəyova Fəridə Bəylər qızı
Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 16.10.1957.
Təhsili: 1972-ci ildə 6 saylı musiqi məktəbini bitirmiş,həmin ildə A.Zeynallı ad. musiqi texnikumuna daxil olmuşdur. 1976-cı ildə fərqlənmə diplomu ilə bitirib, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasına f-no ixtisası üzrə daxil olmuşdur. 1981-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakultəsinin professoru, Azərbaycan SSRİ Xalq artisti, professor R.Atakişiyevin sinfini bitirmişdir.
Pedaqoji fəaliyyəti: 1982-ci ildfən 15 saylı musiqi məktəbində-konsertmeyster kimi işləmişdir. 1992-ci ildən isə A.Zeynallı adına Musiqi texnikumunda müəllim kimi fəaliyyət göstərmişdir. F.Əhmədbəyova 1996-cı ildən BMA -nın "Kamera ansamblı" və "İxtisas fortepiano" kafedralarında baş müəllim, 2004-cü ildən isə dosent vəzifəsində işləmişdir. Hal-hazırda o, “Kamera ansamblı” kafedrasının professoru kimi çalışır.
İfaçılıq fəaliyyəti: 1998-ci ildə F.Əhmədbəyova Türkiyə (İstanbul) Kiprdə “İnternational Bellapais music” festivalında və Gürcüstanda (Tiflis) keçirilən konsertlərdə uğurla çıxış edib.
2001-ci ildə İsveçrədə keçirilən fortepiano duetlərin beynəlxalq seminarında diploma təltif olunmuş, 2003-ci ildə isə Yaponiyada keçirilən beynəlxalq festivalda yüksək ifaçılıq nümaiş etmişdir.
2006-cı ildə F.Əhmədbəyova və M.Sadıqzadə ilə Norveçdə E.Qriq adına beynəlxalq müsabiqədə fortepiano duetləri üzrə ilk Azərbaycanlı Laureatı adına layiq görulmüşlər..
2008-ci ildə İtaliyada keçirilən "İbla Grand Prize" və" Bartok Kabalevsky Prokofiev" beynəlxalq müsabiqəsinin Laureatıdır.
2013-cü ildə F.Əhmədbəyova Bolqarıstanda “HEİS OF ORPHEUS” müsabiqəsində Laureat adına layiq olmuş, uğurlu pedaqoji fəaliyyətinə görə Diplomla təltif olunmuşdur.
2019-cu ildə “I İnternational Azad Aliyev violin competition” müsabiqəsində konsertmeyster kimi diploma layiq olmuşdur (I yer)
2020-ci ildə Polşada “DİGİ-FORM-ART Summer” müsabiqəsində konsertmeyster diplomu, 2021-Türkiyədə “ART PLANET” müsabiqəsində pedaqoji diplom,Qazaxıstanda “Classic sounds” müsabiqəsində-pedaqoji diplom, İsraildə “İnternational Digİ-Art” müsabiqəsində pedaqoji diplom, Ukraynada “CARENESAHCE” pedaqoji diplom, ABŞ-da “STARS WAY NEW YORK” müsabiqəsində konsertmeyster kimi diploma, Belarusiyada “MYDREAM” müsasbiqəsində konsertmeyster kimi diplom layiq görülmüşdür.
Mütəmadi olaraq F.Əhmədbəyova və onun tələbələri BMA-nın Böyük zalı, Azərbaycan Dövlət Filarmoniyası, Kamera və Orqan zalında, Azərbaycan Bəstəkarlar ittifaqında, "Kapellhaus"Alman-Azərbaycan Birliyində çıxış edir.
F.Əhmədbəyova “Роль фортепиано в камерно-инструментальном творчестве азербайджанских композиторов” monoqrafiyası, bir çox metodik tövsiyələrin, dərs vəsaitlərinin və proqramların müəllifidir.