Neymanova Kəmalə İlyas qızı
Kafedra müdiri, professor
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 14.09.1962.
Təhsili: 1982-ci ildə fərqlənmə diplomu ilə A. Zeynallı adına Bakı Musiqi Məktəbini, 1987-ci ildə isə fərqlənmə diplomu ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (prof. E.Səfərovanın sinfi) bitirmişdir.
Pedaqoji fəaliyyəti: O, 1995-ci ildən Azərbaycan Dövlət Konservatoriyasinda konsertmeyster kimi, 2000-ci ildən kamera ansamblı kafedrasında müəllim kimi çalışmağa başlamışdır. K.Neymanova 2012-ci ildən Bakı Musiqi Akademiyasının kamera ansamblı kafedrasının dosenti, 2016-cı ildən professorudur.
Onlarla tələbəsi beynəlxalq müsabiqələr laureatlarıdır.
Bakı Musiqi Akademiyası Elmi şurasının üzvüdür.
İfaçılıq fəaliyyəti: Beynəlxalq müsabiqələr laureatıdır:
1981-ci ildə Orta ixtisas musiqi məktəbləri arasında respublika müsabiqəsində - 1-ci yer
2008-ci ildə *Pietro Argento* Beynəlxalq müsabiqəsində (İtaliya) - 2-ci yer (fortepiano dueti, BMA-nın professoru N. Əliyarova ilə )
2012-ci ildə “Romantizm: mənbələr və üfüqlər” beynəlxalq müsabiqəsində (Moskva, Rusiya) - 1-ci yer (fortepiano dueti, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru E.Bağrova ilə)
2012-ci ildə “Sərhədsiz musiqi” beynəlxalq müsabiqəsində (Litva) - 2-ci yer (fortepiano dueti, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru E.Bağrova ilə)
Respublikamızda və xarici ölkələrdə 100-dən çox kamera musiqisi konsertlərinin və festivalların iştirakçısıdır. Rusiyada, İtaliyada, Avstriyada, Almaniyada, Luksemburqda, Ukraynada konsert proqramları ilə çıxış etmişdir. 2003-cü ildə I Beynəlxalq və ənənəvi musiqi festivalı, 2007-ci ildə “İnternational Culture fair” festivalı, 2998-ci ildə “Akdeniz Çağdaş müzik Günleri” festivalı, 2009, 2010, 2011,2013-cü illərdə Qəbələ Beynəlxalq Musiqi Festivalinın, 2011, 2012, 2016-cı illərdə Ü.Hacıbəyli adina Beynəlxalq musiqi festivalının kamera musiqisi konsertləri ilə iştirakçısı olmuşdur.
Elmi fəaliyyəti: 1.Lyudviq Van Bethoven. Fortepiano və skripka üçün sonata № 8 G dur op.30
Metodik tövsiyələr - 2009
2.Sezar Frank. Skripka və fortepiano üçün sonata Adur
Metodik tövsiyələr - 2009
3. Raxmaninovun op.19 g moll violionçel və fortepiano üçün soanatasınının terpretasiyası
Metodik tövsiyələr - 2012
4. R.Şedrinin “Gənclər üçün dəftər” və E. Mansurovun “17 miniatür” fortepiano silsilələrinin ifaçılıq təhlili.
Dərs vəsaiti - 2014
5. Kamera ansamblı fənni üzrə proqram - 2016