• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Sinamdzqvarişvili Siala Vaxtanqovna

    Professor, Əməkdar müəllim

    Doğum yeri:   Azərbaycan, Bakı şəh.,06.04.1953.

    Təhsili:  1976 – cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano” fakültəsini bitirmişdir (Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor E. Y. Səfərovanın sinfi).

    1976 – ci ildən bu günə qədər G.G.Şaroyev adına 35 saylı musiqi məktəbində müəllim vəzifəsində işləyir.

    Pedaqoji fəaliyyəti:   

    1994 – cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas Fortepiano” və “Xüsusi Pedaqoji Hazırlıq” kafedrasında çalışıb.   2001 – ci ildən isə yalnız “İxtisas Fortepiano” kafedrasının müəllimi olub.

    Elmi və ifaçılıq fəailiyyəti:   2008 – ci ildə Azərbaycan Respublikasının əməkdakdar müəllimi adına layiq görülüb.  Həmçinin 2008 – ci ildə dosent vəzifəsini tutmuşdur.   2013 – cü ildən isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor vəzifəsində çalşır.  Professional fəaliyyəti ərzində tələbələri  20 – dən çox Beynəlxalq (Fransa, İsveçrə, Gürcüstan, İtaliya, Rusiya, Estoniya, Polşa, Hollandiya, Almaniya, Türkiyə və s.) və Respublika müsabiqələr  laureatı  və diplomantı olmuşdurlar.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 1996 – cı ildə “İlin ən yaxşı müəllimi”  və 2011 – ci ildə isə bir neçə mükafatlara layiq görülüb.

    2013 - cü ildə Estoniyada keçirilən İ.S.Bax adına Beynəlxalq müsabiqədə “Ən yaxşı müəllim” mükafatına, həmçinin eyni ildə MDB və Baltikyanı ölkələrin  “Üçüncü uşaq musiqi akademiyası” Sertifikatına layiq görülüb (Yuri Başmet – Moskva).

    2016 - cı ildə Avstriyanın Vyana şəhərində keçirilən “Edelveis” Beynəlxalq müsabiqəsi tərəfindən Diploma layiq görülüb.  Bir çox Beynəlxalq və Respublika müsabiqələrinə münsiflər heyətinin üzvi kimi dəvət olunmuşdur. (Azərbaycan, Türkiyə). S.Sinamdqvarişvili “Sonata – xatirələr” adlı kitabın, iki dərs vəsaitinin, bir sıra məqalələrin və metodik işlərin müəllifidir.