• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədova Sevda Əhməd qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri:    Azərbaycan. Bakı şəhəri

    Təhsil: 1975-ci ildə 244 saylı Orta ümumtəhsil məktəbinin və 21 saylı Musiqi məktəbinin fortepiano ixtisası üzrə 1-ci sinfinə daxil olub. 1983-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna (hazırki Musiqi Kolleci) daxil olub və 1987-ci ildə həmin müəssisəni bitirib.

    1987-ci ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (dosent F.Hacıyeva və Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor T.Seyidovun sinfi) qəbul olub və 1992-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib

     

    Pedaqoji fəaliyyəti: 1992-ci ildə Ü.Hacıbəyov adına ADK-nın “Xor-dirijorluq” kafedrasında konsertmeyster kimi işə başlayıb.

    1995-ci ildə isə Bakı Musiqi Akademiyasının təcrübə bölməsinin müdiri vəzifəsinə təyin olunub və bu vəzifədə 2016-cı ilə qədər çalışıb.

    1996-cı ildən BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında tədris işləri üzrə direktor müavini vəzifəsini yerinə yetirir, BMA-nın "İxtisas fortepiano" kafedrasının baş müəllimi, 2022-ci ildən dosent vəzifəsində çalışır.

     Elmi və ifaçılıq fəaliyyəti: Bir sıra jurnallarda məqalələri dərc olunub, bir neçə kitab və proqramların elmi redaktoru olub. "Tofiq Quliyevin fortepiano yaradıcılığında xalq melodiyalarının işləmələri və onların musiqi tədrisində rolu" adlı metodik vəsaitin müəllifi (2015), “Tofiq Quliyevin yaradıcılığında milli xüsusiyyətlər” adlı dərs vəsaitinin müəllifidir (2021).

     Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalına layiq görülmüşdür.