Rzayeva Laləxanım Seyidnağı qızı
Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 21.12.1949
Təhsil:
1969 – cu ildə Bülbül adına Orta İxtisas musiqi məktəbini 3 şöbə üzrə (fortepiano, bəstəkarlıq, nəzəriyyə) bitirərək, həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatiriyasına daxil olmuşdur.
1974 – cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmiş (pianoçu kimi), 1990 – cı ildə isə N.A.Rimski – Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının dissertantı olaraq, orada “Müasir Azərbaycan fortepiano musiqisi” adlı namizədlik dissertasiyasını müdafiə edib (elmi rəhbər – L.Y.Qakkel).
Pedaqoji fəaliyyəti:
1970 – ci illərdən bu günə kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışmaqdadır. Hazırda “Fortepiano” fakültəsinin “İxtisas Fortepiano” kafedrasının üzvi olaraq, “İnstrumental sənətin tarixi”, “İnstrumental ifaçılığın müasir problemləri” adlı müəllif mühazirə kurslarını, habelə, İxtisas fortepianonu tədris edir. Metodik tövsiyyələr və proqramlar müəllifidir.
Elmi və ifaçılıq fəaliyyəti: Elmi nəaliyyətlərindən “sadəlövh” incəsənətin musiqidə yeganə nümunəsi olan Azərbaycan xalq pianoçuluğunun kəşfi, jazz pianoçuluğunun SSRİ – də ilk peşəkar tədqiqi, milli jazz məsələləri, Azərbaycan kalssisizminin, habelə neoklassisizm və kütləvi incəsənət özəlliklərinin elmi əsaslandırılmasını göstərmək olar.
O, həm də sisemli pianoçuluq təhlili metodunun müəllifidir. Yuxarıda sadalanan və digər məsələlər çoxsaylı elmi nəşrlərdə əksini tapmışdır. Pianoçu kimi L.Rzayeva İ.Stravinski, B.Bartok, A.Şönberq, R.Şedrin, B.Britten və başqalarının əsərlərinin Azərbaycanda ilk ifaçısıdır.
1970 – ci illərdən bədii tənqid və jurnalistika ilə müntəzəm olaraq məşquldur (burada həm də oçerk, esse, pamflet, ssenari, habelə silsilə televiziya verilişlərinin aparılması və s.göstərilməlidir).