Mirzəyeva Gülnarə Nadir qızı
Dosent
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsil: 1967-cı ildən Bül-Bül adına xüsusi musiqi məktəbində təhsil almışdır.
1967-ci ildə müəllim Anna Yakovlevna Kopeleviçin sinifinə daxil olub və 1978-ci ildə həmin məktəbi əlaçı kimi bitirmişdir.
1978-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, professor Elmira Nəzirovanın sinifinə daxil olub, 1983-ci ildə isə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.
Pedaqoji fəaliyyəti: 1983-cü ildən bu günə qədər Bül-Bül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifədində çalışır.
1992-ci ildən Üzeyir Həcıbəyli adına Bakı Musiqi Akademiyasında əvəzçi kimi, 2010–cu ildən əsas müəllim kimi işləyir. 1992–cü ildə Nəfəs Alətləri kafedrasında, 1993-ci ildən Milli Dirijorluq kafedrasında, 2002-ci ildən isə Kamera Ansambl kafedrasında konsertmeyster vəzifəsində çalışırdı.
2004-ci ildən Bakı Musiqi Akademiyasında Konsertmeyster Ustalığı kafedrasında müəllim kimi işləyirdi.
2009-cu ildən Bakı Musiqi Akademiyasının Fortepiano İxtisas Kafedrasında müəllim, 2010-cu ildən baş müəllim,
2015-ci ildən isə dosent vəzifəsində çalışır.
Elmi və ifaçılıq fəaliyyəti: G.N.Mirzəyeva bir çox konsertlərdə böyük proqramlarla çıxış etmiş, dinləyicilər tərəfindən maraqla dinlənilmişdir.
Fəal konsert proqramları ilə yanaşı, elmi pedaqoji fəaliyyətlə də məşğul olur. G.N.Mirzəyevanın bir sıra metodik tövsiyyə və dərs vəsaitləri vardır.
G.N. Mirzəyevanın tələbələri çoxlu beynəlxalq müsabiqələrində laureat kimi iştirak edirlər.