Axundova Könül Tofiq qızı
Baş müəllim
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsili: 1967-ci ildə Bül-bül adına orta ixtisas musiqi məktəbinə fortepiano ixtisası üzrə N. Vəzirovanın sinifinə qəbul olub. 1978–ci ildə məktəbi bitirib və həmin il Ü. Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyasının fortepiano fakültəsinə daxil olub (professor O. Abasquliyevin sinifinə).
Pedaqoji fəaliyyəti: Ali məktəbi bitirərkən konsert ifaçısı, müəllim, konsertmeyster və kamera ansamblının solistinin diplomunu almışdır. Həmin ildən, 1983-1993-cü illərdə Bakı şəhəri 26 №li orta musiqi məktəbində müəllim vəzifəsində çalışmışdır.
1993-cü ildən Ü. Hacıbəyli adına Musiqi Akademiyasında konsertmeyster vəzifəsində çalışır. 2003-cü ildən ixtisas fortepiano kafedrasında müəllim, 2008–ci ildən baş müəllim vəzifəsini yerinə yetirir.
Elmi və ifaçiliq fəaliyyəti: Bakı, Saratov, Aşqabad şəhərlərində bir sıra konsertlərdə iştirak etmişdir. Bir sıra elmi işləri var.