• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Babazadə Sevda İsabala qızı

    Müəllim

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsili: 1951-1958-ci ilədək 59 saylı orta ümümtəhsil və 13 saylı musiqi məktəbində, 1958-ci ildən 1962-ci ilədək A.Zeynallı adına Bakı musiqi texnikumunda oxumuşdur. 1962-1967-ci ilədək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etmişdir.

    Pedaqoji fəaliyyəti: 1961-ci ildən 1963-cü ilədək 13 saylı musiqi məktəbində müəllim vəzifəsində işləmişdir. 1964-2011-ci ilədək Milli konservatoriyası nəzdində Bakı Musiqi kollecində müəllim vəzifəsində işləyib. 2011-ci ildən hal hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim vəzifəsində çalışır.

    Elmi və ifaçiliq fəaliyyəti: 2012–ci və 2014–cü illərdə 22 saylı musiqi məktəbində açıq dərs və 2012-2015–ci illərdə müxtəlif zallarda sinif konsertləri keçirmişdir. 2012-ci ildə Bakı Musiqi kollecində violin müəllimi A.Hüseynov ilə birlikdə konsert proqramı ilə çıxış etmişdir.