• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kəbirlinskaya Elnarə Ramiz qızı

    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsili: 1993-cü ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini (Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın sinfi) fərqlənmə diplomu ilə bitirmişdir. A.Aleksandrov (Moskva, Rusiya), E.Eylin, V.Marqulis (Sürix, İsveçrə), İ.Kristanson (Cenevrə, İsveçrə), A. Bauni (Berlin, Almaniya) kimi professorların beynəlxalq ustad-dərslərini bitirmişdir. 1994-1995-ci illərdə İsveçrənin Lozanna Konservatoriyasında virtuozlar kurslarında təhsil almışdır.

    Pedaqoji fəaliyyəti: 1993-cü ildən bu günə kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır. Hal-hazırda "İxtisas fortepiano" kafedrasının dosentidir.

    Elmi və ifaçiliq fəaliyyəti: 1995-ci ildə İsveçrənin Lozanna Konservatoriyasında keçirilən müsabiqənin Laureatı olmuş, 1-ci yerə layiq görülmüşdür.

    2013-cü ildə İtaliyada keçirilən Pyetro Argento adına XVI Beynəlxalq musiqi müsabiqəsində Laureat adını qazanmışdır. Müxtəlif Beynəlxalq Musiqi Festivalların, o cümlədən, Qəbələ, Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalların fəal iştirakçısıdır.  

    Onun ifasında 1997-ci ildə Q. Qarayevin, V. Adıgözəlovun və fransız musiqisinə həsr olunmuş fortepiano əsərləri yazılan disk şəkilində buraxılmışdır. Sistematik olaraq yalnız Azərbaycanda deyil, həm də xarici ölkələrdə (Rusiya, Latviya, Fransa və s.) müxtəlif konsertlərdə solo, ansamblda, tanınmış dirijorlarla orkestrlərlə çıxışlar etmişdir.  

    2013-cü ildə “Elmira Səfərovanın pedaqoji və ifaçılıq fəaliyyəti” mövzusunda namizədlik dissertasiyanı müdafiəyə etmişdir və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını almışdır. Bir sıra dərs və metodik vəsaitlərin, elmi məqalələrin müəllifidir. “Ulduzun sönməz işığı” adlı kitabının tərtibçisi olmuşdur. Müxtəlif Respublika və Beynəlxalq elmi konfranslarda dəfələrlə çıxış etmişdir.