• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ələsgərov Arzu Süleyman oğlu

    Professor, Əməkdar artist

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsili: 1951-ci ildə Bül-bül adına orta ixtisas musiqi məktəbinə daxil olub (A.A.Kələntərin sinfi). 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub (professor M.R.Brennerin sinfi). 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ilin yanvar ayından 1970—ci ilin sentyabr ayına kimi P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının stajoru olmuşdur (rəhbər professor Y.İ.Milşteyn). 1970-1972-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının aspirantı olub. Dəfələrlə xarici ölkələrdə konsert proqramları ilə cıxış etmişdir (Almaniya, Polşa (1972), Seneqal, Niqeriya (1973), Ukrayna (1978), Özbəkistan (1980)).

    Pedaqoji fəaliyyəti: 1968–ci ildə fortepiano kafedrasında assistent vəzifəsində çalışmağa başlayıb (professor M.Brennerin assistenti).  1970-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano kafedrasında müəllim vəzifəsində çalışmağa başlayıb. 1976-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının “İxtisas fortepiano” kafedrasında baş müəllim vəzifəsində işləyib. 1981-1984–cü illərdə SSRİ Mədəniyyət Nazirliyinin xətti ilə Suriyanın Aleppo şəhərində işləmişdir. 1988-ci ildə dosent, 1994-cü ildə professor elmi adına layiq görülüb. 1996–cı ildə Qahirə Konservatoriyasına dəvət olunub. Orada tanınmış ifaçılarla dəfələrlə konsertlərdə cıxış edib. 2014-cü ildən Bakıda  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır.

    Elmi və ifaçiliq fəaliyyəti: 1962-ci ildə “Parla bizim Azərbaycan” adlı müsabiqədə iştirak edib (II yer). 1968-ci ildə Moskvada Ü.Hacıbəyli adına Simfonik orkestri ilə P.Çaykovskinin I konsertini ifa edib. 1970-ci ilin sentyabr ayında Buxarest şəhərində Ç.Enesku adına beynəlxalq müsabiqədə iştirak edib. 1989-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.