Hacıyeva Firəngiz Alim qızı
Dosent
Doğum yeri: Azərbaycan, Culfa şəh. Təhsili: 1967-ci ildə A.Zeynallı adına Bakı MusiqiTexnikumunda təhsilini bitirib. 1972-ci ildəÜ.Hacıbəyli adına Azərbaycan DövlətKonservatoriyasında fərqlənmə diplomu ilə təhsilinibaşa vurub. 1973-1975-ci illərdə N.A. Rimskiy–Korsakov adına Leninqrad DövlətKonservatoriyasının «İxtisas fortepiano» kafedrasında SSRİ xalq artisti P.A. Serebryakovunsinfində assistent-stajorluğu müvəffəqiyyətlə bitirib.
Pedaqoji fəaliyyəti: 1972-1973-cü illərdəÜ.Hacıbəyli adına Azərbaycan DövlətKonservatoriyasında konsertmeyster vəzifəsindəçalışıb.
1975-1979 –cu illərdə Ü.Hacıbəyli adına AzərbaycanDövlət Konservatoriyasının «Metodika və xüsusipedaqoji hazırlıq» və «Konsertmeyster ustalığı» kafedrasında müəllim və «İxtisas fortepiano № 1» kafedrasında assistent kimi fəaliyyət göstərmişdir.
1979-1984-ci illərdə Ü.Hacıbəyli adına AzərbaycanDövlət Konservatoriyasında «İxtisas fortepiano №1» kafedrasında müəllim, 1984-1990–ci illərdə başmüəllim, 1990-ci ildə dosent vəzifəsinə təyinolunmuşdur. Bu illər ərzində Lvov və Tiflis DövlətKonservatoriyalarında təcrübə keçmişdir.
1990-2012-ci illər ərzində SSRİ və Suriya ƏrəbRespublikası Mədəniyyət Nazirlikləri arasındabağlanmış müqavilə əsasında Suriyaya dəvətolunarq, Hələb Ərəb Musiqi İnstitutunda və DəməşqAli Musiqi İnstitutunda fortepiano üzrə professor vəzifəsində çalışmışdır.
2013-cü ildən bu günə kimi Ü.Hacıbəyli adına BakıMusiqi Akademiyasının “İxtisas fortepiano”kafedrasının dosenti vəzifəsində çalışır.
Elmi və ifaçiliq fəaliyyəti: Zaqafqaziya musiqiifaçılarının Tbilisidə (1977) və Bakıda (1979) keçirilən müsabiqələrinin diplomantı olmuşdur.
Solo və kamera musiqisi konsertləri iləAzərbaycanda və SSRİ-nin bir çox şəhərlərində, eləcə də Suriyada və Livanda, Azərbaycan, Rusiya, Suriya, Misir, Almaniya, Kanada, Fransa musiqiçiləriilə birgə çıxış etmişdir, ustad dərsləri keçirmişdir.
Ü. Hacıbəylinin “Cəngi” əsərinin ifası audio yazışəklində A. Hüseynovanın ABŞ-da nəşr olunmuş “Music of Azerbaijan: from mugham to opera” (Bloomington: Indiana University Press, 2016) kitabına daxil olunmuşdur.
Bir neçə tələbəsi beynəlxalq müsabiqələrdə laureat fəxri adına layiq görülmüşdür.
Bir sıra elmi və elmi-metodik işləri var. “Psixofizioloji sərbəstlik ifaçının musiqi tərbiyəsinin əsası kimi” (Bakı 2018; həmmüəllif N. Rəhimova) tədris vəsaitini hazırlamışdır.
Suriya Ərəb Respublikasında “Akademik musiqinin inkişafına verdiyi töhfələrə görə” dövlət mükafatı ilə təltif olunmuşdur.