Quliyev Məmməd Həsən oğlu
Professor, Əməkdar müəllim
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsili: 1979-cu ildə o, Musiqi Texnikumunu fərqlənmə diplom ilə bitirmiş və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Fortepiano" fakültəsinə daxil olmuşdur.
1984 –1987–ci illərdə M.Quliyev Azərbaycan Dövlət Konservatoriyasını Əməkdar İncəsənət xadimi, prof. E.Səfərovanın sinfini bitirdikdən sonra o, Moskva Dövlət Konservatoriyasının assistent-stajorluq şöbəsinə daxil olmuşdur.
Burada dünya şöhrətli professor L.N.Vlasenko və məşhur pianoçu M.Pletnyovun siniflərində təhsilini davam etdirmişdir.
Pedaqoji fəaliyyəti: 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının "Fortepiano" kafedrasında assistent vəzifəsində çalışmağa başlamışdır.
1988–ci ildə M.Quliyev müsabiqə yolu ilə müəllim vəzifəsinə keçmiş, 1991-cı ildən baş müəllim, 2000–cı ildə isə müsabiqə yolu ilə ixtisas fortepiano kafedrasının dosenti vəzifəsinə təyin edilmişdir. 2001-ci ildə Əməkdər müəllim layiq görülüb. 2012 - ci ildən isə professor vəzifəsində çalışır.
Elmi və ifaçiliq fəaliyyəti: 1977–ci ildə Bakıda keçirilən pianoçuların I müsabiqəsində iştirak etmiş, I yerə layiq görülmüş və Laureat adını qazanmışdır.
1981-ci ildə Yerevanda keçirilmiş VI Zaqafqaziya müsabiqəsində M.Quliyev Laureat adına layiq görülmüşdür.