Hacıbəyova Ülviyyə Vaqif qızı
Professor, Əməkdar İncəsənət xadimi, Xalq artisti
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsili: 1983-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1986-cı ildə assistent stajorluğu (Xalq artisti professor Rauf Atakişiyevin sinfi) bitirmişdir. Ü. Hacıbəyova akademik Y.İ. Milşteyn, Naumovun sinfində təcrübə keçmişdir.
Pedaqoji fəaliyyəti: 1983-cü ildən Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi fəaliyyətə başlayıb. Hal-hazırda Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının professorudur.
Elmi və ifaçiliq fəaliyyəti: Çox geniş spektrdə fəaliyyət göstərən aktiv pianoçudur. Bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla çıxış edib. Onun 30-dan çox məqaləsi dərc olunmuşdur. Alman musiqisindən ibarət "İthaf" disk yazısının, "Hacıbəyovların musiqi dünyası", "Azərbaycan bəstəkarlarının arxivdən tapılmış əsərləri", 15 diskdən ibarət 143 Azərbaycan bəstəkarının 1000-dən çox əsərini əhatə edən "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası"nın ifaçısıdır. "Sənət fədailəri", "Hacıbəyovların musiqi dünyası", "Xalq dastanları Azərbaycan bəstəkarlarının opera yaradıcılığında", üç cilddən ibarət "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası layihəsi çərçivəsində piano üçün yazılmış əsərlərin ifaçılıq problemləri", "İsmayıl Hacıbəyov" kitablarının müəllifidir. O, həm də 3 cilddən ibarət "Azərbaycan Bəstəkarlarının əsərlərinin Antologiyası" not kitablarının tərtibçi redaktorudur. 2007-ci ildən Əməkdar İncəsənət xadimidir.