• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Mirbabayeva Kəmalə Mirbağır qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktor

    Doğum yeri:    Azərbaycan, Bakı şəh.

    Təhsili: 1971–1979-cu illərdə 244 saylı ümumtəhsil və 7 saylı Uşaq Musiqi məktəblərində təhsil almışdır. 1979-1983 - cü illərdə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin fortepiano şöbəsində təhsilini davam etdirərək, bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdi. 1984-1989 - cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsinin fortepiano bölməsində professor N.Sultanovun sinfində təhsil alıb.Təhsilini başa vuraraq “Konsert ifaçısı,konsertmeyster və müəllim” ixtisasına layiq görülmüşdür. 2014-cü ildə Kəmalə Mirbabayeva “Müasir Azərbaycan pianoçularının ifaçılıq problemi” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir (elmi rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Abdullazadə G.A.).

    Pedaqoji fəaliyyəti: 1985-1994 illərdə 33 saylı UMM-də müəllim və konsertmeyster kimi çalışmışdır. 1994-cü ildən K.M. Mirbabayeva Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsertmeyster, müəllim, baş müəllim vəzifəsində çalışmışdır. Halhazırda isə “İxtisas fortepiano” kafedrasında dosent vəzifəsində çalışır. Bu illər ərzində K.M.Mirbabayevanın sinfində təhsil almış yüzlərlə tələbələr hazırda xaricdə, respublikanın ali,orta ixtisas, Uşaq Musiqi və İncəsənət məktəblərində gənc nəslin təlimtərbiyyəsi sahəsində müvəffəqiyyətlə çalışırlar. Eyni zamanda hazırladığı tələbələr Avstriya, İngiltərə,İspaniya,Rusiya Federasiyası, Bolqarıstan, Qazaxıstan, Gürcüstan və digər dövlətlərdə gənc ifaçıların beynəlxalq müsabiqələrində uğurla çıxış edib və laureat adlarını qazanmışlar (“Grand-Prix", I-ci və II-ci yerlər). Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “Pilot layihəsi” çərçivəsində pedaqoji fəaliyyətinə görə mükafatlandırılıb.

    Elmi ifaçılıq fəaliyyəti: 1992-ci ildə K.Mirbabayeva Nyu-York şəhərində yerləşən “Azərbaycan Mədəniyyəti Cəmiyyəti”nin dəvəti ilə Amerika Birləşmiş Ştatlarında qastrol səfərində olmuşdur. Bu səfər zamanı o, Birləşmiş Millətlər Təşkilatında, ABŞ-ın NyuYork və digər şəhərlərində Azərbaycan bəstəkarlarının əsərlərini təbliq edərək müvəffəqiyyətlə çıxış etmişdir. Bu çıxışlarına görə K.Mirbabayeva müxtəlif diplomlara layiq görülmüşdür. O, 3 dərs vəsaiti, bir metodik tövsiyə və bir sıra elmi məqalələrin müəllifidir. Xarici və Respublika elmi-praktik konfranslarında da iştirak etmişdir. K.Mirbabayeva BMA-da işlədiyi dövrdə pedaqoji işi ilə bərabər ifaçılıq fəaliyyətini davam etdirir. 1997-ci ildə dünya şöhrətli musiqiçi M.Rostropoviçin Moskva şəhərində keçirilən yubiley tədbirlərində K.Mirbabayeva respublikamızı uğurla təmsil edib. Azərbaycanın görkəmli bəstəkar və incəsənət xadimlərinin- T.Quliyev, T.Bakıxanov, Ə.Bakıxanov, M.Mirbabayev, H.Vəkilov və s.- yubileylərinə həsr olunmuş dövlət tədbirlərində fəal iştirak edib. Kamalə Mirbabayevanın ifaçılıq yaradıcılığı Azərbaycan Televiziya və Radiosunun “Qızıl fond”unda öz əksini tapmışdır. K.M.Mirbabayevanın pedaqoji və ifaçılıq fəaliyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət İdarəsinin “Fəxri fərmanları" ilə təltif edilib və Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorluğu tərəfindən dəfələrlə qiymətləndirilmişdir.