Mansurova Nərgiz Nail qızı
Baş müəllim
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsili: 1971–ci ildə 52 saylı ümumtəhsilini məktəbin I sinfinə və 22 saylı Uşaq Musiqi məktəbinin I sinfinə daxil olmuşdur. Orta məktəbin VIII sinfini və musiqi məktəbini Fəxri fərmanla bitirdikdən sonra 1979 – cu ildə Asəf Zeynallı adına Orta İxtisas musiqi məktəbinin birinci kursuna daxil olmuşdur.
1983–cü ildə Orta İxtisas musiqi məktəbini qırmızı diplomla bitirdikdən sonra, ekstern üsulu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) birinci kursuna daxil olmuşdur və 1988-ci ildə konservatoriyanı bitirmişdir.
Pedaqoji fəaliyyəti: 1988–ci ildə Qara Qarayev adına Uşaq Musiqi məktəbində müəllim və konsertmeyster vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1993–cü ildən indiyə qədər BMA-nın nəzdində Orta İxtisas musiqi məktəb-studiyasında müəllim vəzifəsində işləyir. 2004–cü ildən “İxtisas fortepiano” kafedrasında müəllim vəzifəsində çalışır.
Elmi fəaliyyəti:
1986-cı ildə fortepiano fakültəsinin III kursunda oxuyarkən Ali təhsil müəssisələri arasında keçirilən üçüncü elmi-ifaçılıq müsabiqəsində II dərəcəli mükafata və diploma layiq görülmüşdür.
1986-cı ildə Bakıda keçirilən Üzeyir Hacıbəyov adına xalq çalğı alətləri üzrə I Beynəlxalq müsabiqədə konsertmeyster kimi diploma layiq görülmüşdür. Məktəb-studiyada və kafedrada işlədiyi müddətdə şagird və tələbələri dəfələrlə konsertlərdə, festival və müsabiqələrdə iştirak etmişlər. Bu illər ərzində bir sıra elmi-metodik işlər və məqalələr yazmışdır.