Salmanlı Nərgiz Qədir qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri: Azərbaycan, Sumqayıt şəh.
Təhsili: 1989-1996-cı illərdə Bülbül adına 2 saylı incəsənət məktəbində musiqi təhsili almişdır (fərqlənmə diplomu).1996–2000-ci illərdə S. Hacıbəyov adına musiqi kollecində təhsilini davam etdirmişdir(fərqlənmə diplomu).2000-2004cü illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində oxumuşdur və 2004-2006-cı illərdə maqistratura pilləsini bitirmişdir(fərqlənmə diplomu).Burada, fortepiano ifaçılıq sənətini əməkdar müəllim, professor Elmira Əliyevanın sinfində almışdır.2007-2009-cu illərdə professor Elmira Abasovanın rəhbərliyi altında aspiranturada təhsilini zənginləşdirərək, müvəffəqiyyətlə başa çatdırmışdir.
Pedaqoji fəaliyyəti: 2005-ci ildən Bakı Musiqi Akademiyasının“Simli Alətlər” kafedrasında konsertmeyster vəzifəsində işləyir(prof.X.Rəhimovanın,N.Abbaszadənin,Z.Quliyevanın sinfi).2011–ci ildən “İxtisas fortepiano” kafedrasına müəllim-assistent vəzifəsinə qəbul olunur,müəllim(2016) , baş müəllim(2017) və 2020-ci ildən dosent vəzifəsində işləyir. Pedaqoji fəaliyyəti aktivdir:tələbələri bir cox konsertlərdə, beynəlxalq musiqi festivallarinda və müsabiqələrdə çıxış edir və laureat adları qazanırlar.2018-cı ildə “Azərbaycan müəllimlərinin XV qurultayı”nda iştirak etmişdir.2021-ci ildə aktiv pedaqoji fəaliyyətinə görə müəllimlər arası keçirilən müsabiqədə “pilot proektində”üç müəllimdən biri adını qazanmışdır.
Elmi və ifaçılıq fəaliyyəti: Tələbəlik illərində fəal ifaçılıqı ilə fərqlənirdi: bir çox konsert və müsabiqələrdə çıxış edib və diplomlarla təltif olunub: 1996-cı il“İlin ən yaxşı pianoçusu” adlı Respublika müsabigəsinin diplomantı(3 tur), 1996-cı il-”Sumqayıt şəhər musiqi məktəblər arası musabiqəsi”-nin laureatı-I yer (3 tur). 2002-ci il Baki Musiqi Akademiyası tərəfindən keçirilən “Karl Çerninin etüdlərı” adlı musabiqəsinin laureatı- II yer(3 tur) .
Pedagoji işi ilə parallel konsertmeyster və solo ifaçılıq fəaliyyətini də davam etdirir:bir çox konsertlərdə, beynəlxalq musiqi festivallarinda , BMA-nın tərkibində keçirilən proektlərdə müvəffəqiyyətlə çıxış edir.
2016-cı ildə-”Fikrət Əmirovun kamera-instrumental əsərlərinin janr-üslub xüsusiyyətləri” adlı dissertasiyasınn müdafiyəsi keçirilmişdir. 2017-ci ildə “Sənətşünaslıq üzrə fəlsəfə doktoru” elmi dərəcəsini almışdır. On beş məqalənin,iki metodik vəsaitin və bir kitab vəsaitin müəllifidir.İki respublika,iki beynəlxalq elmi konfranslarında aktual mövzularla çıxış etmişdir.