• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Xindristanskiy Emil Arif oğlu

    Dosent

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsili: 1968–1979-cu illərdə Bülbül adına orta ixtisasa musiqi məktəbində təhsil almışdır. 1980-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1985-ci ildə ali məktəbi bitirmişdir.

    Pedaqoji fəaliyyəti: 1988–ci ildən ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster vəzifəsində çalışıb. 1990 –cu ildən "İxtisas fortepiano" kafedrasının professor T.Seyidovun assistenti vəzifəsində pedaqoji fəaliyyətə başlamışdır. Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının dosentidır.

    Elmi və ifaçılıq fəaliyyəti: Bu illər ərzində azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət maraqlı proqramlarla çox saylı konsertlərdə çıxış etmişdi.