• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Adıgözəlzadə Murad Zöhrab oğlu

    Professor, Xalq artisti

    Doğum yeri: Azərbaycan, Bakı şəh. 20.11.1973

    Təhsili: 1980 – cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olub. 1991-ci ildə məktəbi bitirib və Üzeyir Hacıbəyli adına Bakı Dövlət Musiqi Akademiyasında professor R.Atakişiyevin sinifinə daxil olub, sonradan təhsilini professor F. Bədəlbəylinin sinifində davam etdirib. 1996 - cı ildə Bakı Musiqi Akademiyasını bitirərək, Almaniyanın Münhen şəhərində Ali Musiqi Mətkəbində professor E.Virsaladzenin sinifinə daxil olub və 1998 - ci ildə oranı bitirib. Həmin ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor E.Virsaladzenın sinifinə daxil olub və 2000-ci ilin noyabr ayında oranı bitirib.

    Pedaqoji fəaliyyəti: 2004-cü ilən Moskva Dövlət Akademik Filarmoniyasının Solistidir. Hal-Hazırda konsert fəaliyyəti ilə bərabər Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professorudur. 2006-ci ildən bu günə kimi Azərbaycan Dövlət Filarmoniyasının Direktoru vəzifəsində çalışır.

    Elmi və ifaçılıq fəaliyyəti: 1984-cü ildə “Konsertino-Praqa” Beynəlxalq radio-müsabiqəsində iştirak edib və on ən yaxşı gənc ifaçı siyahısına düşüb. 1987-ci ildə Çexoslavakiyada qastrollarla çıxış edib. 1990-cı ildə Almaniyada pianoçuların Beynəlxalq müsabiqəsində iştirak edib. 1995-ci ildə Dövlət Kamera Orkestri ilə Türkiyədə qastrollarla çıxış edib. 1996-cı ilin may ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və “İlin ən yaxşı pianoçusu”, “İlin ən yaxşı musiqiçisi” adı ilə təltif edilib. 2000-ci ildə Bursa şəhərinin Dövlət Simfonik Orkestri ilə Türkiyədə konsertlərlə çıxış edib. Azərbaycan musiqisini həm Bakıda, həm də digər ölkə və şəhərlərdə təbliğ edir. 2001-ci ildə Tbilisidə ikinci Beynəlxalq müsabiqəsinin qalibi olub. 2001-ci ildə Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq festivalda iştirak edib. 2002-ci ildə Almaniyada İnqolştad kamera orkestri ilə qastrollara çıxıb və Keninqsbaxda solo proqamla çıxış edib. Həmin ilin mart ayında Moskvada “YAMAHA” şirkətinin təşkil etdiyi “Rixterin xatirəsinə” Beynəlxalq festivalda, həmçinin Türkiyyənin Antaliya şəhərində Dövlət simfonik orkestri ilə çıxış edib. Həmin ilin iyun ayında Çaykovski adına 12-ci beynəlxalq müsabiqəsində iştirak edib. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb. 2007-ci ildən Prezident mükafatçısıdır. 2011ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adına layiq görülüb.