Kazımova Günel Namiq qızı
Baş müəllim
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsili: 1991–2002–ci illərdə Bülbül adına Orta ixtisas musiqi məktəbində oxumuş, 2002-2006-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bakalavrı,2006-2008–ci illərdə magistrı bitirib. (Əməkdar müəllim, prof., Ə.Vəkiovanın sinfi) 2011–2015–ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantura şöbəsində oxuyub.
Pedaqoji fəaliyyəti: 2009 – cu ildən Bakı Musiqi Akdemiyasında “İxtisas fortepiano” kafedrasında Ə.Vəkilovanın assistenti vəzifəsində çalışmışdır. 2016–cı ildən "İxtisas fortepiano" kafedrasında baş müəllim vəzifəsində çalışır.
Elmi və ifaçılıq fəaliyyəti: 1995, 1997, 1998 – ci illərdə müsabiqələrdə iştirak etmiş, laureat adı qazanmışdır. 2009-cu ildə keçirilən Qəbələ Beynəlxalq Piano müsabiqəsində iştirak etmişdir. 1996-cı ildə ABŞ - ın təşkil etdiyi “Gənc istedadların konsert” ində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə İ.S.Baxın fa – minor konsertini ifa etmişdir. 1999-cu ildə Bülbül adına məktəbin 70 illik yubileyinə həsr olunmuş konsertlərdə, 2000, 2003, 2005, 2009 – cu illərdə “Kappelhausda” solo konsert proqramları ilə çıxış etmişdir. 2011–ci ildə F.Listin 200–illik yubileyinə həsr olunmuş solo konsert proqramı ilə Bakı Musiqi Akademiyasının Böyük zalında, Bakı Musiqi Akademiyasının 90 – illik yubileyinə həsr olunmuş konsertdə Niyazi adına Azərbaycan Dövlət Televiziya və Radio Orkesrtri ilə Drijor Azad Əliyev ilə, 2000, 2014, 2015, 2016–cı illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə dirijor Rauf Abdullayev və Fuad İbrahimov ilə çıxış etmişdir. Mütəmadi olaraq elmi konfranslarda uğurla çıxış edir və elmi məqalələri dərc olunur.
2016cı il:
27 oktyabr müdafiə «Azərbaycan musiqisində S. Prokofyevin balet teatrının ənənələri»
15 dekabr Açıq dərs
2017ci il:
12 oktyabr «Sounds different» Landmark Rotunda Hall, Beynəlxalq kino festivalının açılışı «Doku Baku»
16 oktyabr İtaliyan dili həftəsinin açılışı, Muğam mərkəzi.
Musiqi dünyası jurnalı, 4/73, 2017, «Azərbaycan bəstəkarlarının musiqisində proqramlılıq prinsipinin təzahürü., səh. 78-80
Dərs vəsaiti «Azərbaycanın balet tarixindən mühazirələr»
Oktyabrın 5də Sənətşünaslıq üzrə fəlsəfə doktoru» diplomunu almışam
2018ci il:
Musiqi dünyası jurnalı 1/74, 2018, «XX əsr musiqisində fortepianonun yeni növləri haqqında», səh. 71-72.
2019cu il:
BMAnın 100 illiyinə həsr olunmuş kitabda G.İsmayılova haqqında oçerk
11-12 aprel Müasir «Azərbaycan bəstəkarı və zaman» Doktorant və gənc tədqiqatçıların respublika elmi konfransı, «S. Prokofyevin konsert fəaliyyəti XX əsrin musiqi mədəniyyəti məcrasında», səh. 105-111
Harmoniya jurnalı, nöm.18/2019, «Musiqi obrazının ifaçılıq təcəssümü»
2020ci il:
29 aprel, Mədəniyyət kanalı, canlı yayım, «Bizi birləşdirən mədəniyyət» layihəsi https://youtu.be/gclWoINXAhM
12 May, Mədəniyyət kanalı, canlı yayım, «Bizi birləşdirən mədəniyyət» layihəsi https://youtu.be/kX8QsjGLzoo
31.08.2020. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Səsyazma studiyası https://youtu.be/VeDxosQc8os
Musiqi dünyası jurnalı 3/842020 «Fortepiano musiqisində interpretasiya preblemi» səh. 76-80
Bu ildən BMAda dosent kimi çalışıram
2021ci il:
20 mart VIII Международный конкурс искусств «Музыка весны», Нур-Султан 2021, Гран При, həm solo həm də ansambl üzrə
XVIII Konkurs Internetowy Digi-Talenty Wiosna 2021, Polşa, 1ci yer
30 iyun BMAnın 100 illiyi ilə əlaqədar uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri üçün ustad dərsləri
2 avqust BMAnın 100 illiyinə həsr olunmuş XII Qəbələ musiqi festivalı
4-5 noyabr BMAnın 100 illik yubileyi çərçivəsində «Şərq və Qərb mədəniyyətlərinin dialoqu» mövzusunda beynəlxalq elmi-praktiki konfrans «Azərbaycan fortepiano pedaqogikasi ve reqamsal texnologiyalar»
22 dekabr BMA-nın 100 illik yubileyinə həsr olunmuş «İxtisas fortepiano» kafedrasının müəllimlərinin konserti.
Tələbələrim mütəmadi olaraq konsertlərdə və beynəlxalq müsabiqələrdə iştirak edirlər