İsmayılova Gülnaz
Professor, Əməkdar artist
Doğum yeri: Azərbaycan, Bakı şəhəri.
Təhsil: Bülbül adına orta ixtisas musiqi məktəbini, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (1984 il, prof. N.Sultanovun sinfi, f-no,1997 il, prof. X.Qasımova, solo oxuma) biritmişdir
Pedaqoji fəaliyyəti: 2001-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir. 1985 - ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim vəzifəsində çalışır. Bakı Musiqi Akademiyasının professorudur.
Elmi və ifaçılıq fəaliyyəti: 1985-ci ildə Musiqi ifaçılarınnın Zaqafqaziya müsabiqəsi laureatı, 1997 ildə vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin diplomantı olmuşdur. Bir neçə müsabiqə və Beynəlxalq festivalların iştirakçısıdır.
2003 ildən “Türksoy” opera sənətçilərin Beynelxalq festivallarının, 2009-cu ildən Qəbələ Beynəlxalq musiqi festivallarının iştrakçısı olmuşdur.
O, Azərbaycan musiqi mədəniyyətini Fransa, ABŞ, Meksika və s. ölkələrdə layiqincə təmsil etmişdir. Dünyanın bir çox məşhur konsert salonlarında çıxışları olub (NY-York “Yamaha centre”, “Carnegie Hall”, “Megaron” Afina və s.) Azərbaycanın görkəmli dirijorları ilə daimi çıxış edir. London Kral filarmonik orkestri, İohannesburq, S.Peterburq, Kiyev, Yerusəlim, Ranaana simfonik orkestrləri ilə əməkdaşlıq etmişdir.
Azərbaycan musiqi mədəniyyətini H.Əliyev Fondu tərəfindən təşkil edilmiş bir sıra konsert və tədbirlərində çıxış etmişdir. Bir neçə elmi-metodik işlərinin müəllifidir. 2006-cı ildən Azərbaycan Respublikasının əməkdar artistidir.