• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Rüstəmova Afaq Adil qızı

    Professor, elmlər namizədi

    Doğum yeri:   Azərbaycan, Bakı şəh.

    Təhsil:    1970–ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfinə qəbul olub. 1981–1986–cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Fortepiano" fakültəsində professor Adilə Vəkilovanın sinfinə oxuyub.

    Pedaqoji fəaliyyəti:   1994–1999 – cu illərdə müəllim, 1999–2003–cü illərdə baş müəllim, 2003 – cü ildən dosent vəzifəsinə keçib.

    Elmi və ifaçılıq fəaliyyəti:    1989–cu ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər institutunun dissertantı olub. “Tərəqqi” medalına layiq görülüb.  2014 – cü ildə "İxtisas fortepiano" kafedrası üzrə professor elmi adını layiq görülüb.