Məmmədova Arzu Böyükağa qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsil: 1973 – cü ildə 18 saylı orta məktəbi, 1 saylı musiqi məktəbini, 1981 – ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini, 1985-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ixtsas fortepiano fakültəsini bitirib.
Pedaqoji fəaliyyəti: 1990–cı ildə V.Mustafazadə adına 2 saylı incəsənət məktəbində müəllim və konsertmeyster vəzifəsinə təyin edilmişdir.
2000–ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına “İxtisas fortepiano” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir.
Elmi və ifaçılıq fəaliyyəti: 2011 – ci ildə “Azərbaycan bəstəkarlarının simfonik əsərlərində fortepianonun rolu” dissertasiyasını müdafiə edib.
“Azərbaycan bəstəkarlarının orkestr əsərlərində fortepianonun tembr– akustik xüsusiyyətləri” və “iki fortepiano üçün işləmələr”i adlı 2 metodik vəsaitin və bir çox məqalələrin müəllifidir. 2012–ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.