Kərimova Zərif Hafiz qızı
Baş müəllim
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsil: 2000-2004 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Fortepiano" fakültəsinin bakalavr , 2004-2006-cı illərdə isə magistr pilləsində təhsil alıb, 2006-2008-cı illərdə aspiranturanı bitirib. 2002-2006-cı illərdə bəstəkarlıq fakültəsində Arif Məlikovun sinfində oxuyub.
Pedaqoji fəaliyyəti: 2008-ci ildən Bakı Musiqi Akademiyasında konsertmeyster, 2011-ci ildən isə "Fortepiano" fakültəsinin müəllimidir.
Elmi və ifaçılıq fəaliyyəti: 2010 ildən bu günə kimi müxtəlif Beynəlxalq müsabigələrin laureatı və gran pri mükafatçısı olub. Azərbaycan musiqisini həm pianoçu, həm bəstəkar kimi təmsil edib. Əsərləri Polşanın Varşava şəhərində,Niderland Krallığın Amsterdam şəhərində, ABŞ ın Nyu York şəhərində səslənib. Həmçinin beynəlxalq konfranslarda Azərbaycan mədəniyyətini və təhsilini təmsil edib, məruzələrlə çıxış edib.
Tələbələri bir neçə Beynəlxalq müsabigələrin laureatları olublar.