• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Aşumova Samirə Rauf qızı

    Kafedra müdiriprofessor, Əməkdar artist, sənətşünaslıq namizəd

    Doğum yer: Azərbaycan, Bakı şəhəri

    Təhsil: 1970-1981- ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1981-1986-cı illərdə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano fakültəsində (professor A.İ.Vedernikovun sinfi) oxuyub, 1986-1989-cu illərdə aspirantura şöbəsində təhsilni davam etdirib.

    Pedaqoji fəaliyyəti: 1986-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster, 1989-cu ildən assistent, 1991-ci ildən müəllim,1993-cü ildən baş müəllim, 1995-ci ildən dosent, 2004-cü ildə professor vəzifəsinə keçib. 2016–cı ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasında müdir vəzifəsində çalışır.

    Elmi və ifaçılıq fəaliyyəti: Tələbəlik illərindən müsabiqə və festivallarda daima uğurla iştirak edib. II Respublika müsabiqəsində I premiyaya, Zaqafqaziya ifaçılıq müsabiqəsində diploma layiq görülüb . 1990 - ci ildə Moskva şəhərində «Новые имена» proqramında iştirak edib. 1991-ci ildə İtaliyanın Neapol şəhərində IV Beynəlxalq musiqi–ifaçılıq müsabiqəsində laureat adını qazanıb. 2014–cü ildə Yunanıstanın Rodost şəhərində Beynəlxalq Müsabiqədə iştirakına görə Diploma layiq görülüb.

    S.Aşumovanın öz ifasından ibarət azərbaycan, rus və xarici bəstəkarların əsərlərindən ibarət CD diskləri var. Məşhur diricorların rəhbərliyi ilə müxtəlif simfonik və kamera orkestrlərlə birgə konsert proqramları ilə çıxış etmişdir. 1991-ci ildə professor M.A.Smirnovun elmi rəhbərliyi altında «Фортепианный концерт в творчестве композиторов Азербайджана (стилевые особенности и проблемы интерпретации)» adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.S.Aşumova həm respublikamızda, həmçinin bir sıra xarici ölkələrdə (ABŞ, Almaniya, İngiltərə, Rusiya və s.) keçirilən konsertlərdə böyük uğurla çıxış edib. 5 metodik tövsiyyə və müxtəlif elmi məcmuələrin və məqalələrin müəllifidir.

    2021-ci ildə Görkəmli musiqiçi Rauf Atakişiyevin 95 illiyinə həsr olunmuş kitabda “Mənim müəllimim” adlı məqalə

    2021-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Samirə Aşumova “Əməkdar müəllim” fəxri adına layiq görülüb.