Tabasaranskaya Nilufər Səlim qızı
Baş müəllim
Doğum yeri: Azərbaycan, Bakı.
Təhsil: 1954–cü ildə 11 illik Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsinə daxil olub. Burada Ç.S.Qruşkonun sinfində təhsil alıb.
1965–ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və Adilə Vəkilovanın sinfində oxuyub. Məktəb illərində Ç.S.Qruşkonun təqaüdə çıxması ilə əlaqədar olaraq Tabasaranskaya Nilufər Elmira Səfərovanın və Tamilla Ağayevanın sinfində təhsilini davam etdirib. 1970–ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirir.
Pedaqoji fəaliyyəti: 1969–cu ildən 11 illik Bülbül adına Orta İxtisas Musiqi Məktəbində konsertmeyster, müəllim, daha sonralar baş müəllim vəzifəsinə keçib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Fortepiano” kafedrasının baş müəllimi vəzifəsində çalışır. 10 il müddətində Respublika üzrə musiqi məktəblərində ixtisasartırma kurslarında çalışıb.
Elmi və ifaçılıq fəaliyyəti: Bir sıra musiqi məktəbləri ilə işləmiş, açıq dərslər keçirmiş və konsertlər vermişdir. Eyni zamanda Asəf Zeynallı, Kövkəb Səfərəliyeva adına və “Qönçə” adlı konkurslarda münsiflər heyyətinin üzvi olmuşdur.