Rimazi Nəzakət Hüseyn qızı
Professor, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dekan
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsil: 1976-1980-ci illərdə A.Zeynallı ad. Musiqi Kollecində təhsil alıb. 1985-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas: fortepiano (Azərbaycan Respublikasının Əməkdar artisti, professor Rafiq Quliyevin sinfi) və orqan (Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovanın sinfi) üzrə Fərqlənmə diplomu ilə bitirmişdir.
Pedaqoji fəaliyyəti: 1985-1994-cü illərdə Q.Qarayev ad. №8 saylı musiqi məktəbində çalışıb. İşlədiyi müddətdə N.Rimazi müvəffəqiyyətli pedaqoji fəaliyyətinə görə Azərbaycan Mədəniyyət Nazirliyi və Respublika metodik-tədris kabineti tərəfindən 5 Fəxri Fərman ilə təltif olunmuşdur. 1989-1992-ci illərdə о, məktəbin fortepiano şöbəsinə rəhbərlik etmişdir.
1992-ci ildən N.Rimazi Bakı Musiqi Akademiyasında «İxtisas fortepiano» kafedrasında çalışır: 1994-cü ilədək professor Rafiq Quliyevin assistenti vəzifəsində, 1994-cü ildən müəllim, 1998-ci ildən baş müəllim, 2003-cü ildən kafedranın dosenti, 2013-cü ildən – professorudur. 2008-ci ildə N.Rimazi Prezidentin sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb. Tələbələrinin sırasına 7 Respublika və 8 beynəlxalq festival və müsabiqələr laureatları var.
Elmi və ifaçılıq fəaliyyəti: 1989-cu və 1990-cı illərdə Tallin şəhərində orqan ifaçılığına həsr olunmuş, görkəmli alman musiqiçiləri Hans Qebxard, Leo Kremer və məşhur ispan orqan ifaçısı Lui Qonsales Uriolun rəhbərliyi altında keçirilən Beynəlxalq seminarlarda iştirak etmişdir.
1992-ci və 1997-ci illərdə İspaniyanın Daroka şəhərində təşkil olunmuş qədim musiqiyə həsr olunmuş festival və seminarların iştirakçısı olmuşdur. II Республика müsabiqəsində II premiyaya,orqan ifaçılarının I Республика müsabiqəsində III yerə layiq görülmüşdür. 2013-cü ildə İtaliyada keçirilən Beynəlxalq müsabiqədə laureat adını qazanıb. Respublika və Beynəlxalq konfranslarda iştirak edib. Bir sıra Respublika müsabiqələrində münsiflər heyyətinin üzvü olub.
BMA-nın dosenti Elnarə Kəbirlinskaya ilə birgə bir neçə beynəlxalq festivalların iştirakçısı olub. 2011-ci ildə o, “Vasif Adıgözəlovun fortepiano və orqan musiqisinin üslub xüsusyyətləri və təfsir məsələləri” adlı dissertasiya işini müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru adına layiq görülüb. 2 metodik tövsiyyənin, 11 elmi məqalənin, 1 dərs vəsaitinin müəllifidir. 2016-cı ildən Fortepiano fakültəsinin dekanı vəzifəsində çalışır.