• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Rzayeva Naibə Eldar qızı

    Dosent, filologiya üzrə fəlsəfə doktoru


    Doğum yeri və tarixi: Azərbaycan, Ağdam şəh.- 24.11.1962

    Təhsil: 1981-1986 Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi.
    2009- Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutu.

    Pedaqoji fəaliyyət: 1993cü il- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi laboratoriyası- laborant
    1997-ci il- BMA-nın Elmi laboratoriyasında elmi işçi
    2004-cü il BMA”Dillər və ədəbiyyat” kafedrasında saathe-sabı müəllim
    2006-cı il- Bakı Musiqi Akademiyasının “Dillər və ədəbiyyat” kafedrasında müəllimə.
    2009-cu il- Bakı Musiqi Akademiyasının “Dillər və ədəbiyyat” kafedrasında baş müəllim.
    2010-cu il -Bakı Musiqi Akademiyasının “Dillər və ədəbiyyat” kafedrasında dosent əvəzi.
    2014-cü il-Bakı Musiqi Akademiyasının “Dillər və ədəbiyyat” kafedrasında dosent

    Elmi əsərləri:
    Monoqrafiya:
    1. Lirik xalq mahnılarının poetikası. Bakı-“Yazıçı”-2008. 131 s.
    Dərs proqramları:
    1.Hazırlıq kursu üçün Azərbaycan dili proqramı. Bakı – 2005, 1-12 s.
    2. Ali məktəblərdə xarici magistrant, aspirant və dissertantlar üçün Azərbaycan dili fənnindən proqram. Bakı – “Nurlan” 2009, 23 s.
    3.Ali məktəblərin hazırlıq kurslarında xarici tələbələr üçün Azərbaycan dili fənni üzrə proqram.- Kooperasiya nəşriyyatı. Baki -2013.23s
    4. Dil hazırlığı üçün Azərbaycan dili proqramı. Koorerasiya nəşriyyatı. Baki- 2016
    5. Bakalavr hazırlığı üçün Azərbaycan dili və nitq mədəniyyəti fənni üzrə proqram. Elm və təhsil, Bakı- 2016 .18 s
    Metodik vəsait:
    1.Milli poeziyada Cənub mövzusu. Bakı – 2010, 1-39 s.
    Dərs vəsaiti:
    1.Nitqin inkisafi . Baki-2014, 1-234 s