• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Abdullazadə Gülnaz Abutalıb qızı

    Professor, fəlsəfə elmləri doktoru, Əməkdar İncsənət Xadimi


    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 07.09.1946

    Təhsil: 1964-1971 - Azərbaycan Dövlət Konservatoriyası. İxtisas: bəstəkar.
    1976-1979-cu illərdə M.Y.Lomonosov adına Moskva Dövlət Universitetinin “Fəlsəfə” fakültəsinin “Estetika” kafedrasının aspirantı.
    Elmi dərəcə və elmi adlar: “Hegelin estetikasında musiqi sənəti problemləri” mövzusunda 1979-cu ildə fəlsəfə elmləri namizədi.
    “Qədim və orta əsrlərdə musiqi mədəniyyətinin tarix-fəlsəfi təhlili” (Qərb-Şərq problemi kontekstində) mövzusunda1990-cı ildə fəlsəfə elmləri doktoru.
    1983-cü ildə dosent.
    1992-ci ildə professor.
    Fəxri ad və mükafatlar: 2007 - Azərbaycan Respublikasının Əməkdar İncsənət Xadimi.
    2008 - YUNESKO Beynalxalq Rəqslər Şurasının üzvü.
    2009 - İCOM təşkilatının üzvü.
    2012 - Azərbaycan bayrağı mükafatı laureatı.
    2012 – «Xalqın nüfuzlu ziyalısı» fəxri diplomu.
    2012 - «Qızıl qələm» media mükafatı laureatı diplomu.

    Pedaqoji fəaliyyəti: 1 N musiqi məktəbində (1963-1969), A.Zeynallı adına Bakı Musiqi Texnikumu (1969-1976), Azərbaycan Xarici Dillər Pedaqoji İnstitutunun “Ictimai elmlər” kafedrasında müəllim, baş müəllim, dosent, kafedra müdiri (1980-1990) və 1990-cı ildən bu günədək Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsində çalışır. Ali Attestasiya Komissiyasında «İnjəsənət» bölməsinin ekspert şurasının sədri (2011). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 98 nömrəli 10.02.1992-ci il tarixli əmrinə əsasən BMA-da G.Abdullazadənin şəxsi təşəbbüsü və səyi nəticəsində yaradılan “Azərbaycan şifahi ənənəli professional musiqisinin öyrənilməsi və müasir istiqamətləri”, “Azərbaycan musiqi alətlərinin bərpası” adlı iki elmi-tədqiqat və elmi-praktiki laboratoriyalar açılmışdır. 2011-ci ildə isə 1303 04.12.2008-ci il əmrinə əsasən G.Abdullazadənin səyi nəticəsində Akustik laboratoriya təşkil olunub, yaradılmışdır. 80-də çox doktorant və dissertantlara elmi rəhbərlik etmişdir.

    Elmi fəaliyyəti: 100 ç.v. həcmində 50-dan çox müxtəlif adda elmi əsərləri var. Bunlardan: “Azərbaycan muğamlarının fəsləfi mahiyyəti” (B. 1983); “Musiqi sənətinin fəlsəfi mahiyyəti” (B.1985); “Musiqi, insan, cəmiyyət” (B. 1991); “Azərbaycan fəlsəfəsi” (B. 1993) (A.Şükürov ilə birgə); “Qədim və orta əsrlərin musiqi mədəniyyəti” (B. 1996); “Hegelin musiqi estetikası” (B. 1994) və s. «Qədim və Orta əsrlərin musiqi mədəniyyəti». Beynəlxalq Muğam simpoziumu çərçivəsində nəşr olunan Azərbaycan dilində ikinci buraxılış. Bakı, «Şərq-Qərb», 2009 17 ç.v.) monoqrafiyalarını göstərmək olar. Fərhad Bədəlbəyli, Gülnaz Abdullazadə, Oqtay Rəcəbov, Firəngiz Hidayətova tərəfindən hazırlanan «Azərbaycan bəstəkarlarının uşaq mahnıları adlı çoxcildli Antologiya - I cild, II cild 2010-cu il, III cild (13,25 ç.v.) 2011-ci il, IV cild (14,25 ç.v.) 2012-ci il; Fərhad Bədəlbəyli, Gülnaz Abdullazadə, Oqtay Rəcəbov, Natiq Mustafayev «Azərbaycan xalq rəqsləri» (fortepiano üçün işləmələr) – (6,75 ç.v.) 2011-ci il.
    Azərbaycanda və dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konfranslarda çıxışlar, seksiyalara rəhbərlik etmiş və bir sıra konservatoriyalarda məruzlələr oxumuşdur.

     

    Nəşrlər