Hacıyeva Mina Telman qızı
Professor, fəlsəfə elmləri doktoru
Hacıyeva Mina Telman qızı 1987-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakultəsini musiqi nəzəriyyəsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1994-ci ildə “Azərbaycan musiqisində memorial janrı” mövzusunda BMA-nın elmi şurasında dissertasiya müdafiə etmişdir və AAK tərəfindən diplom verilmişdir.
2008-ci ildə Mina Haciyeva Bakı Dövlət Universitetinin fəlsəfə üzrə elmi müdafiə şurasında mədəniyyət fəlsəfəsi üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş və 2009-ci ildə AAK tərəfindən elmlər doktoru diplomu verilmişdir.
Rusiya Fəlsəfə cəmiyyəti Azərbaycan bölməsinin sədri, MDB ölkələr Parlamentlər arası Assambleyasinin fərqlənmə nişanı ilə təltif olunmuş, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının Rəyasət heyyətinin üzvüdür. “Yeni Azərbaycan” partiyası BMA təşkilatınin Rəyasət heyyətinin üzvüdür.
Monoqrafik elmi kitablar, məqalələr, dərs vəsaitləri və elmi-metodik dərsliklərin müəllifidir.
1992-ci ildən indiyə kimi BMA-da “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi”, “İncəsənətin nəzəriyyəsi və tarixi”, “Musiqi tarixi”, “Musiqi menecmenti və müasir musiqi texnologiyalar” kafedralarında müvəffəqiyyətlə çalışmış. Hal hazırda “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedralarında mühazirələr aparır.
Bakalavr və magistr dissertasiyalarına rəhbərlik edir.
“Multikulturalizm” fənni üzrə dərs aparmağ üçün sertifikat verilib və dərsləri aparır.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutun nəzdində Elmi Şuranın üzvü və Sədr müavinidir.