• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədova Leyla Mütalib qızı

     BMA-nın professoru, Sənətşünaslıq namizədi, Elmi katib, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Müəllim

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı ş., 19 avqust 1965 il

    Təhsil:   1983 ildə Bülbül ad. Orta İxtisas musiqi məktəbini, 1988 ildə Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Konservatoriyasının xor diricorluğu fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir.

    İxtisas müəllimi Moskva Dövlət İnstititunun məzunu, sənətşünaslıq namizədi Sailə Ağayeva idi. Tələbəlik illərindən dəfələrlə Respublika Konfranslarda elmi məruzələrlə çıxışlar etmiş, Təhsil Nazirliyi tərəfindən müxtəlif Diplomlara layiq görülmüşdür.


    Pedaqoji fəaliyyəti:   

    1990-2006 illərdə Azərbaycan Bəstəkarlar İttifaqında baş məsləhətçi vəzifəsində çalışmış, yüksək peşəkarlıq səviyyəsi, işə ciddi münasibəti, şəxsi keyfiyyətləri ilə seçilmişdir.

    2006 ildə BMA-nın Elmi katibi vəzifəsinə təyin olunub. Bu vəzifədə işlədiyi müddət ərzində BMA-nın rektorluğun və professor-müəllim heyətinin xüsusi rəhbətini qazanaraq, özünü məsuliyyətli işçi kimi göstərə bilmişdir. Pedaqoci fəaliyyətə 1996 ildən BMA-da başlamışdır. 2009 ildə Dosent elmi adına layiq görülüb.

    2011 ildən «Xor diricorluğu» kafedrasının professorudur. «İxtisas», «Xor musiqisi ədəbiyyatı», «Xorşünaslıq» fənlərini aparır. Yetirmələri Dövlət Xor Kapellasındada, Opera və Balet, həmçinin Musiqili Komediya teatrında, Milli Konservatoriyada, Musiqi kollecində, Musiqi məktəblərində fəaliyyət göstərirlər. Yetirmələri aktiv olaraq müxtəlif tələbə elmi konfranslarda çıxışlar edirlər. 2011 ildə tələbəsi N.Məmmədova Rus Səfirliyin Diplomu və xüsusi təqaüdünə layiq görülmüşdür.

    2015 ildə tələbəsi Z.Mövsumova Sank-Peterburq şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalında N.Rimskiy-Korsakov ad. Konservatoriyanın xüsusi Diplomuna layiq görülmüşdür. Dissertantı N.Məmmədova «Azərbaycan bəsətkarların xor yaradıcılığında xalq mahnılarının işləmələri» adlı namizədlik dissertasiya üzərində çalışır. 2005 ildə «Azərbaycan xor ifaçılıq sənətinin təşəkkülü və inkişafı (XX əsrin ikinci yarısına qədər)» adlı namizədlik dissertasiyanı müdafiə etmiş, 2006 ildə sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. Elmi rəhbəri Əməkdar incəsənət xadimi, professor E.Abasova idi.

    Musiqi mədəniyyətimizə həsr olunmuş 80 çox elmi işlərin müəllifidir. O cümlədən, 3 dərs vəsaiti - «Azərbaycan xor mədəniyyəti», «Sərdar Fərəcovun yaradıcılıq yolu» və «Qalib Məmmədovun yaradıcılığı. Oratorium «Albanum», 3 metodik tövsiyə - «Aqşın Əlizadənin xor yaradıcılığında ənənə və müasirlik», «Faiq Nağıyevın xor yaradıcılığı haqqında. Q.Qarayevə hər olunmuş xor Konserti» və «8 a kapella xoru», 2 fənn proqramı – «Xor musiqisi ədəbiyyatı» və «Xorşünaslıq» və s. Qeyd olunan dərs və metodik vəsaitlər, fənn proqramlar və elmi məqalələri BMA-da, ADPU-də, ADMA-da tədris prosesində geniş istifadə olunurlar.

    Elmi məqalələri «Musiqi dünyası», «Музыкальная академия » (Rusiya), «European Scinece and Technology» (Münhen, Almaniya), «İRS-Nasledie», «Muğam», «Konservatoriya», «Mədəniyyət.az», «Müasir mədəniyyətşünaslıq», «Harmony» və s. elmi toplularda və curnallarında, elecə də dövri mətbuatda çap olunur. L.Məmmədova mütəmadi olaraq Azərbaycan bəstəkarların yaradıcılığı və xor musiqimizin inkişafı ilə bağlı müxtəlif Televiziya və Radio verilişlərinə  (AzTV, İTV) dəvət olunur.

    1999-cu ildən, «Musiqi dünyası» elmi curnalın yaranma tarixindən, bu curnalın redaktorudur.