Kuxmazova Yulizanna Şəfiyevna
Dosent, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Dağıstan Respublika, Axtı rayon, 1968.
Təhsil: 1984-cü ildə Soltan Hacıbəyov adına orta ixtisas musiqi məktəbin xor-dirijorluğu fakültəsinə daxil olmuşam.
1988-ci ildə orta ixtisası məktəbini bitirib elə həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının, tarix-nəzəriyyə fakültəsinin, xor-dirijorluğu ixtisasına daxil olmuşdur.
Pedaqoji fəaliyyəti: 1996-cı ildən bugünə kimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Xor kapellasında xormeyster vəzifəsində çalışır.
1997-ci ildən Bakı Musiqi Akademiyasında xor-dirijorluğu kafedrasında müəllim kimi fəaliyyətə başlamış, hal-hazırda həmin kafedranın dosentidir.