• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Barateliya Naala Raul qızı

    Baş müəllim, Əməkdar Artisti

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı şəh., 1973.

    Təhsil:    1989-1993-cu illərdə Musiqi texnikumunda xor dirijorluq ixtisası üzrə təhsil alıb.

    1996-cı ildə Bakı Musiqi Akademiyasında xor dirijorluq ixtisası üzrə professor, Xalq artisti Gülbacı İmanovanın sinfinə daxil olub,

    2002-ci ildə müvəffəqiyyətlə magistr pilləsini bitirib.

    Pedaqoji fəaliyyəti:    2009-cu ilən BMA-nın müəllim vəzifəsində çalışıram.   Hal-hazırda Xor dirijorluğu kafedrasında – baş müəllim kimi fəaliyyət göstərir.