Cəfərov Cavanşir Xəlil oğlu
Professor, xalq artisti, əməkdar incəsənət xadimi, Prezident Mükafatçısı
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 1953.
Təhsil: 1972-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunun xor-dirijorluğu,
1977-ci ildə isə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının “Xor-dirijorluğu” fakültəsini bitirmişdi.
Pedaqoji fəaliyyəti: Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xormeyster kimi başlamışdı.
1980-ci ildə Azərbaycan Xor Kapellasının bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışmışdı.
1985-ci ildə Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrına dirijor və az sonra baş dirijor vəzifəsinə təyin edilmişdir.
Əməkdar İncəsənət xadimi (2000-ci ildə ),Xalq artisti (2005-ci ildə),Prezident mükafatçısıdır (2002-ci ildən).