• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Mirişli Nazim Ramiz oğlu

    Professor, Əməkdar incəsənət xadimi

    Doğum yeri və tarixi:   

    Azərbaycan, Bakı şəh., 06.03.1962-cı il. 

    Təhsil:

    1969-1980 Bülbül adına orta ixtisas musiqi məktəbi fortepiano üzrə;

    1980-1985 Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Bəstəkarlıq” ixtisası professor Cövdət Hacıyevin sinfi;

     

     Pedaqoji fəaliyyəti:

    1985- 1995 A.Zeynallı adına Musiqi Kolleci

    1995-2001 – Türkiyə “Erciyes” universiteti – müqavilə ilə.

    2001–ci ildən  Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Bəstəkarlıq” kafedrasının müəllimi, dosentidir (2007). Tələbələrin bakalavr və magistr dissertasiya işlərinə rəhbərlik edir.

     

    Elmi fəaliyyəti:

    Kamança məktəbi – dərs vəsaiti – 2008; Monoqrafiya: Vaqif Mustafazadə. Bakı, 2014; fərqli illərdə məqalələr.

    Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür (1987).

    Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi  (2012).

     

    Əsərləri:

    3 simfoniya-konsert, 3 sonata kamera orkestr üçün əsərlər, kamera instrumental və vokal musiqi, kino musiqi və s.