• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Məmmədova Arzu Raiz qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 03.02.1966-cı il.

    Təhsil: 1973-1984 Bülbül adına orta ixtisas musiqi məktəbi; qızıl medal.

    1984-1989 Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Bəstəkarlıq” ixtisası, professor A. C. Məlikovun sinifi.

      Pedaqoji fəaliyyəti:

    1989-cu ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Bəstəkarlıq” kafedrasının müəllimi, baş müəllimi, dosentidir.

    Kafedrada tədris  edilən  fənnləri aparır, tələbələrin magistr dissertasiya işlərinə rəhbərlik edir.

    2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  “Əməkdar müəllim” fəxri adı verilmişdir.

     Elmi fəaliyyəti:

    “60-80-cı illərin simfonik musiqisində Azərbaycan bəstəkarlarının orkestr yazısı” adlı sənətşünaslıq dissertasiyasını 2010-cu ildə müdafiə edib.

    Müxtəlif toplularda yerli və xarici mətbuatda  məqalələr çap etdirir: “О некоторых тенденциях оркестрового письма”, “Услышать палитру музыкальной панорамы ХХ века”, “Диалог музыкальных эпох”, “Лицом к лицу со временем” və s.

    Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür (1996).

    Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü (2007-2012).