Məmmədova Gülnarə Təvəkkül qızı
Dosent
Təhsil:
1989-1995 Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq kafedrasında SSRİ Xalq Artisti, Professor Bəstəkar Arif Məlikovun sinifində təhsil almışdır;
1997 ci il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının aspiranturası.
Pedaqoji fəaliyyəti:
1997-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası)
“Bəstəkarlıq” kafedrasının müəllimi, baş müəllimi (2006), dosentidir (2013).
Əsərləri arasında böyük simfonik orkestr üçün 3 hissəli simfoniya, simfonik süita, oratoriya, skripka və fortepiano üçün sonata, fortepiano üçün sonatina və sonata, prelüdlər, xor üçün a capella “Bayatılar” və bir sıra başqa kamera əsərləri daxildir.
17 aprel 2002-ci ildə böyük Azərbaycan şairi Xəlil Rza Ulutürkün sözlərinə yazılmış “Ulutürk” oratoriyası ilk dəfə səslənmişdir.