• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Əzimov Aydın  Kərim oğlu

    Kafedranın müdiri, Professor, Əməkdar incəsənət xadimi

    Doğum yeri və tarixi: 01.05.1946-cı ildə Bakı şəhərində anadan olub.

    Təhsil:

    1964-1972  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” ixtisası; Akademik Qara Qarayevin sinfi.

      Pedaqoji fəaliyyəti:

    1985-ci ildən  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Laboratoriyasında elmi tədqiqatçı; 1966-cı ildən 2005-ci ilə qədər Mersin Universitesi Devlet Konservatuarında “öğretim görevlisidir”.

    2005-ci ildən bu günə kimi  “Bəstəkarlıq” kafedrasının professorudur.

    BMA-nın 2 saylı Elmi laboratoriyasında baş elmi işçidir.

    2006-cı ildən bakalavr və magistrlərin ixtisas fənnini aparır.

     2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək ordeni ilə təltif olunmuşdur.

     Elmi fəaliyyəti:

    Müxtəlif toplularda yerli mətbuatda məqalələr çap etdirir; 

    Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür (1976)

    Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimidir.

     Əsərləri:

    Bir sayılı Yaylı kvartet   1962, Sonata in C ( piano üçün) 1963,Vətən  xor və piano üçün poema   1973, Üzeyir Hacıbəyovun Azərbaycan Respublikasının Dövlət Himninin bərpası, klaviri, xor və böyük simf. orx. , böyük nəfəsli ork. üçün işləmi və yazilması  1989, “Bayrağım” bariton, xor və simf. orx. üçün alqış Ə. Cavad`ın söz. 1996.

    “Düşünün”  H. Cavidin sözünə  bariton və orqan üçün poema  1996, Həzin oyun və Alatoran Flut üçün 2014. və s.