Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024/2025-ci tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə sənəd qəbulu (ərizələrin onlayn qeydiyyatı) elektron sistem vasitəsilə həyata keçirilir. Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə ərizələrinin onlayn qeydiyyatına 2024-cü ilin may ayının 29-dan başlanılır.


Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin nəzərinə!

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


SABAH qrupları magistratura səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə!

AÇIQ QAPI GÜNLƏRİ


Zülfiyyə Ramiz qızı Hüseynovanın “Şirvan aşıq havalarının janr və üslub xüsusiyyətləri” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Azad Mirzəcanzadə İnkişaf Proqramı


İslam Dünyası gənc klassik musiqi ifaçılarının 12-ci Beynəlxalq müsabiqə

Международный конкурс молодых исполнителей классической музыки среди стран Исламского Мира


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabr ayında Bakıda keçiriləcəyi ilə əlaqədar İslam Dünyası gənclərinin klassik musiqisi ifaçılarının 12-ci beynəlxalq müsabiqəsinin keçirilmə tarixi təxirə salinir.

В связи с тем, что в ноябре в Баку пройдет 29-я сессия Конференции сторон Рамочной конвенции БМТ по изменению климата - COP29, дата проведения 12-го международного конкурса исполнителей классической музыки молодежи исламского мира откладывается.


Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASININ "İXTİSAS FORTEPIANO" KAFEDRASININ TƏLƏBƏLƏRİNİN FORTEPİANO ANSAMBLI FƏNNİ ÜZRƏ KONSERT.
1 iyul 2025-ci il. Saat: 13:00.Kiçik zalı


“AZƏRBAYCAN VƏ XARİCİ MUSİQİ NÖMRƏLƏRİNİN SOLMİZASİYASI” I RESPUBLİKA MÜSABİQƏSİ


“BAROKKO USTADLARI – 340”. I RESPUBLİKA MÜSABİQƏSİ


Diqqətinizə çatdırmaq istərdim ki, DOST Agentliyi Tələbələrin təşəbbüslərinə dəstək layihəsinə start verib. Sosial şəbəkələrdə və dost.gov.az saytında bu barədə paylaşım var. Xahiş edirik ki, siz də universitetin səhifəsində və tələbə qruplarında bununla bağlı paylaşım edəsiniz. https://dost.gov.az/news/1268
https://www.instagram.com/p/DKResxztJLW/?igsh=MW1nZmJnMzFqNDVhZA==
https://www.facebook.com/share/p/18QwEKKRym/
Dəstəyinizə görə təşəkkürlər!


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

5 oktyabr 2022-ci il

5 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində VIII  Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi. Sərgi çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, elmlər doktoru, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının direktoru Tərlan Seyidovun tərtib etdiyi "Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı" və "Fərhad Bədəlbəyli.

Musiqiyə səyahət" kitablarının təqdimatı keçirildi. Nəşr olunan kitablar Fərhad Bədəlbəylinin və Məktəb-studiyasının çoxillik sıx yaradıcı əməkdaşlığının nəticəsidir.

Sözü gedən kitablar BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında hazırlanmış və "Şərq-Qərb" nəşriyyatında çap olunmuşdur.

Qeyd edək ki, kitabların redaktorları Sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən İbrahimova, Sevda Məmmədova və məktəb-studiyanın müəllimi Elmira Mustafayevadır.

Sərginin "Üzeyir Hacıbəyli" təqdimat zonasında keçirilən tədbirdə professor Tərlan Seyidov qonaqları salamlayaraq, Fərhad Bədəlbəylinin həyat və yaradıcılığından bəhs olunan kitablar haqqında ümumi məlumat verdi. O, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə daima səhnələri fəth etməyi arzu etdi və tədbirə təşrif buyuran hər kəsə təşəkkürünü bildirdi.

Ardınca tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə  prorektoru, Azərbaycanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə xanım Quliyeva, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova, kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Humanitar fənnlər" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev və kitabın nəşr olunduğu "Şərq-Qərb" nəşriyyatının rəhbəri Sevil xanım İsmayılova da öz ürək sözləri ilə çıxış edərək, T.Seyidovun usanmaz yaradıcılığını yüksək qiymətləndirdilər.

Sonra F.Bədəlbəyli böyük zəhmətlə ərsəyə gələn kitabları təqdir edib, Tərlan müəllimə daim yazıb-yaratmağı arzulayaraq, bütün yaradıcı heyətə dərin təşəkkürünü bildirdi.

Qeyd edək ki, çıxışlararası rəngarəng konsert proqramı dinləyicilərə təqdim olundu.

Konsert proqramında  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Zərrin Əliyeva,  Osman Mustafazadə, Humay Hacıyeva, Ərol Rzayevin ifasında Üzeyir Hacıbəylinin "Arazbarı", Dmitri Şostakoviçin "Zarafat", Qara Qarayevin "Qızların rəqsi" və klarnet ifaçısı Rüfət Məmmədov Bela Kovaçın "Macar variasiyaları" əsərlərini dinləyicilərə təqdim etdilər.

Sonda görüş iştirakçıları ilə xatirə şəkillər çəkdirildi.

 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı