• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 avqust 2026-cı il 

    17 avqust — görkəmli musiqiçi, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günündə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında əfsanəvi sənət xadiminin xatirəsinə həsr olunmuş “Melodiya” sərgisi və konserti keçirildi.

    Bənzərsiz estrada və opera müğənnisi, özünəməxsus bariton tembrinə malik ifaçı, bəstəkar, pianoçu və aktyor Müslüm Maqomayev — adı yalnız XX əsrin ikinci yarısını əhatə edən böyük bir tarixi dövrün deyil, həm də Azərbaycan və rus xalqları arasında sarsılmaz mədəni və humanitar əlaqələrin rəmzinə çevrilmiş sənətkardır.

    Maqomayev şəxsiyyətinin nadir miqyası yalnız istedadının geniş diapazonunda deyil, həm də yaradıcılıq yolunun seçimində özünü göstərirdi. Onun yaradıcılıq yolu iki dünyanın — opera və estrada sənətinin qovşağında formalaşmış və musiqiçiyə həm akademik opera teatrlarının səhnələrində, həm konsert estradasında, həm televiziya konsertlərində, həm də musiqili kino layihələrində eyni dərəcədə sevilən və tanınan sənətkar olmaq imkanı vermişdi.

    Musiqi gecəsi zamanı tədbirin bədii rəhbəri və aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Alyona İnyakina konsert iştirakçılarına M.Maqomayevin özünəməxsus yaradıcılıq yolundan, həyatının əsas mərhələlərindən və bioqrafiyasının maraqlı faktlarından bəhs etdi.

    BMA-nın dəhlizində nümayiş etdirilən sərgidə sevimli sənətkarın həyatının müxtəlif mərhələlərini əks etdirən foto materiallar təqdim olunmuşdu.

    Görkəmli musiqiçinin doğum gününə xüsusi olaraq hazırlanmış konsert proqramında sevilən ifaçının və onun həyat yoldaşı — görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Tamara Sinyavskayanın repertuarına daxil olan məşhur opera ariyaları və romanslar, eləcə də əfsanəvi estrada mahnıları səsləndirildi. Əsərləri beynəlxalq müsabiqələr laureatları — Azərbaycan Respublikasının Əməkdar artisti Anton Fershtandt, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydarova, BMA-nın konsertmeysteri Dilara Kərimova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, Azərbaycan Dövlət Xor Kapellasının artisti Elyar Əliyev və N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov ifa etdilər.

    Sənətçilərin səhnəyə hər çıxışı tamaşaçıların gurultulu alqışları ilə qarşılandı. Tədbir M.Maqomayevin əfsanəvi “Azərbaycan” mahnısının ifası ilə başa çatdı və tamaşaçılar bu ifanı ayaqüstə alqışladılar.

    Bayram gecəsi tam anşlaqla keçdi. Tədbirin fəxri qonağı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri M.N.Yevdokimov oldu. Tədbirdə həmçinin diplomatik korpusun, biznes dairələrinin, yaradıcı ziyalıların və ictimai təşkilatların nümayəndələri iştirak etdilər.

    17 августа в день рождения выдающегося музыканта, Народного артиста СССР Муслима Магомаева в Большом зале Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли состоялись выставка и концерт "Мелодия", посвященные памяти легендарного деятеля искусства.
    Непревзойденный эстрадный и оперный певец, обладатель уникального тембра  баритона, композитор, пианист, актер Муслим Магомаев — артист, чьё имя стало символом не только целой эпохи, охватывающей огромный исторический этап второй половины XX века, но и нерушимых культурных и гуманитарных связей между народами Азербайджана и России.
     Редкий масштаб личности Магомаева проявлялся не только в широком диапазоне его таланта, но и в выборе творческого пути, построенного на пересечении двух миров — оперного и эстрадного, позволившего музыканту стать одинаково любимым и узнаваемым и на сценах академических оперных театров, и на концертной эстраде, и в телевизионных концертах, и в киномузыкальных проектах.
    Во время музыкального вечера художественный руководитель и ведущая мероприятия — доктор философии по искусствоведению, доцент БМА Алена Инякина расскала зрителям концерта об уникальном творческом пути М.Магомаева, основных вехах его жизни и интересных фактах биографии..
    На представленной в холле БМА выставке были продемонстрированы фотоматериалы, иллюстрирующие разные этапы жизни любимого артиста.
     В специально подготовленной ко дню рождения любимого артиста концертной программе прозвучал. знаменитые оперные арии и романсы, а также легендарные эстрадные песни, входившие в репертуар прославленного музыканта и его супруги — выдающейся оперной певицы,  Народной артистки СССР Тамары Синявской в исполнении лауреатов международных конкурсов - Заслуженного артиста Азербайджанской Республики Антона Ферштандта, солистки Азербайджанского Государственного Академического музыкального театра Юлии Гейдаровой, концертмейстера БМА Диляры Керимовой, артиста Азербайджанского Государственного Академического театра оперы и балета Руслана Персана, артиста Азербайджанской Государственной хоровой капеллы Эльяра Алиева, студента Санкт-Петербургской Государственной консерватории имени Николая Римского-Корсакова Теймура Кязимова.
    Каждый выход артистов сопровождался бурными аплодисментами. А завершилось мероприятие исполнением легендарной песни М.Магомаева "Весенний край - Азербайджан", исполнение которой зрители приветствовали стоя.
    Праздничный вечер прошел при полном аншлаге. Почетным гостем мероприятия стал Чрезвычайный и Полномочный посол Российской Федерации в Азербайджанской Республике М.Н.Евдокимов. Также гостями мероприятия стали представители дип.корпуса, бизнеса, творческой интеллигенции и общественных организаций.