Bakı Musiqi Akademiyası
previous arrowprevious arrow
next arrownext arrow
Shadow
Slider

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Azərbaycan İslam İnkişaf Bankı 2021-2022-ci illər üzrə Təqaüd Proqramı elan etmişdir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası müəllim və tələbə heyətinin nəzərinə

ELAN


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Caneres, Vyana Beynəlxalq musiqi müsabiqəsi

Elan!

Müəllim və tələbələrin nəzərinə!


2022/2023-cü tədris ili üzrə SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə qəbulu açıq elan olunur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Gənc pianoçular arasında “Fikrət Əmirov 100” Respublika müsabiqəsi


Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi “Vətən savaşında tarixi zəfər” mövzusuna həsr olunmuş sərbəst yazı işi müsabiqəsi elan edir!

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

"Klassik fortepiano sonata və romansların simfonik orkestr üçün orkestrləşdirmə" RESPUBLİKA MÜSABİQƏSİ


Bakı Musiqi Akademiyası, Erasmus Beynəlxalq mübadilə proqramı 2022-2023 tədris ili üzrə qəbula start verir.

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 – cü ildönümü münasibəti ilə musiqi məktəbləri, kollecləri və ali təhsil müəssisələri şagird və tələbələrinin IV müsabiqə

30 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən keçiriləvək “ŞƏRQ VƏ QƏRB MUSİQİ MƏDƏNİYYƏTLƏRİNİN DİALOQU” mövzusunda II beynəlxalq elmi-praktiki konfransda iştirak qaydaları


Ü.Hacıbəyli ad. BMA-ı 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi və ümummilli liderin 100 illik yubileyi ilə əlaqədar bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun əsərlərinin ən yaxşı ifası üzrə skripka ifaçılarının Respublika müsabiqəsini elan edir.

6-7 dekabr 2022-ci il tarixində “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” (Onlayn və offlayn formatda) BEYNƏLXALQ FƏNLƏRARASI ELMİ- PRAKTİKİ KONFRANS KEÇİRİLƏCƏK


"Rusiya gənc ifaçıları"nın KONSERTİ

2 dekabr 2022-ci il
Saat:14:00
Böyük zal


Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə 1-15 dekabr 2022-ci il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tədris olunan ixtisaslar üzrə (yuxarı sinif şagirdləri, abituriyent, ixtisasartırma, məsləhət və s.) açıq qapı və ustad dərsləri günləri keçiriləcəkdir.


Estoniya Musiqi və Teatr Akademiyasının audiovizual yaradıcısı və bəstəkarı Einike Leppik Erasmus proqramı çərçivəsində Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasında müasir bəstəkarlıq və elektroakustik dizayn mövzusunda 6 dekabr saat 16:00-17:00, 7 dekabr saat 14:30-16:30, 8 dekabr saat 15:00, 9 dekabr saat 15:00-da ustadlıq dərsi keçəcəkdir.


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

6 oktyabr 2022-ci il

“AZƏRBAYCAN QƏDİM RƏQS HAVALARI” kitabının təqdimatı

 

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin 2022-ci il 6 oktyabr tarixində Bakı Ekspo Mərkəzinin Bakı Beynəlxalq kitab sərgisinin Bülbül guşəsində “Azərbaycan Qədim Rəqsləri” kitabının təqdimatı keçirildi.

    Təqdimat Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə təşkil olundu.  Kitabın nəfis tərtibatı  “Şərq Qərb” nəşriyyatında dərc olunmuşdur. Kitabda toplanılan unudulmuş rəqslərin ərsəyə gəlməsində Rauf Bəhmənlinin çox böyük zəhməti var.  Demək lazımdır ki, kitabda rəqslərin toplanması, onların nota salınması, rəqslər haqqında tarixi məlumatlar, rəqslərin xoreoqrafik quruluşları haqda da ətraflı məlumatlar verilir. 38 illik yaradıcılığı nəticəsində ərsəyə gələn bu rəqslər gələcək nəsil üçün böyük bir mənbədir. Bu mənbəyə həm dissertasiya, bakalavr, magirstr  işlərində, elmi məqalələrdə istinad edilə bilər.

      Təqdimatda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə kitab haqda öz dərin fikirlərini söylədi. Bu təqdimatla yanaşı həm də  Nuridə İsmayılzadə Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan və müxtəlif ölkələrin nəşriyyatlarının çap etdiyi kitabların sərgilərinin də keçirildiyini qeyd etdi. Məhz  gənclərin bu sərgilərdə iştirakı böyük fəxredici haldır.  Bu sərgidə həm böyüklər, həm də kiçik yaşlı uşaqlar üçün kitablar da vardı. 

      Növbəti çıxış Ü.Hacıbəyli adına BMA-nın professoru, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşovaya verildi. Elnarə xanım həm bir müəllim, həm bir bəstəkar, həm də bir musiqiçi kimi çıxış edərək Rauf Bəhmənliyə bu çətin işdə uğurlar arzuladı. Elnarə Dadaşova həm də milli sərvətlərimiz olan 500-ə qədər qədim rəqslərin toplanılıb bizim tarixi mənşəyimizin əsasını təşkil etdiyini xüsusilə vurğuladı. Hətta Rauf Bəhmənlinin topladığı “Çeşmə başında” unudulmuş rəqsinin kamera orkestri üçün yazılmış yeni əsərini söylədi.   

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı isə Rauf Bəhmənli ilə birgə Radio-105 fm-də hazırladıqları verilişlər haqda fikrlərini bildirdi. Həm də kitabın necə hazırlanmasının, ərsəyə gəlməsinin səbəblərini təsdiq edərək bu dəyərin qiymətləndirilməsini xüsusilə vurğuladı.  Səadət Təhmirazqızı xüsusilə də qeyd edərək bu kitabın hər bir musiqiçi üçün masaüstü kitab olmasını da tövsiyyə etdi. 

      Sonda bu nəfis kitabın müəllifi Rauf Bəhmənli kitabın ərsəyə gəlməsində hamıya öz dərin təşəkkürünü bildirdi.

       Yaradıcılıq uğurlarınız bol olsun, Rauf Bəhmənli!

 

Ü.Hacıbəyli adına BMA-nın

Elmi-tədqiqat laboratoriyasının

elmi işçisi

Nəsirova Fidan

 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı